İT infrastrukturu üzrə böyük mühəndis

Azərbaycan Dəmir Yolları

Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 iyun 2026
Son tarix
28 iyul 2026

Vakansiya haqqında

İnfrastruktur layihələrinin planlanması, büdcələndirilməsi, texniki tələblərin formalaşdırılması, icrasına nəzarət və koordinasiya;
Mövcud infrastruktur sistemlərinin fasiləsiz işləməsinə nəzarət: CCTV sistemləri, VMS (Video Management System), Şəbəkə avadanlıqları, Giriş-çıxışa nəzarət sistemləri (Access Control), Şlaqbaum, turniket və OCR sistemləri;
Mövcud sistemlərin monitorinqi, texniki vəziyyətinin qiymətləndirilməsi, modernizasiya və yenilənmə ehtiyaclarının müəyyənləşdirilməsi;
Yeni avadanlıq və həllərin texniki təkliflərinin hazırlanması, alternativ həllərin araşdırılması və infrastrukturun optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
CCTV və təhlükəsizlik sistemlərinin genişləndirilməsi / yenilənməsi üzrə işlərin təşkili;
İnfrastruktur üzrə vendor və podratçılarla işlərin koordinasiyası;
Texniki komandanın iş bölgüsünün aparılması və idarə olunması;
Görülən işlərin texniki sənədləşdirilməsi və hesabatların hazırlanması;
Daxili və xarici tərəflərlə rəsmi yazışmaların aparılması.

Tələblər
Ali təhsil (İT / Telekommunikasiya / Elektronika və ya əlaqəli sahə üzrə);
İnfrastruktur layihələrinin idarə olunması üzrə praktiki təcrübə;
Büdcələndirmə və texniki təklif hazırlama bacarığı;
Vendor və podratçılarla iş təcrübəsi.

Bilməlidir:

CCTV / VMS sistemləri;
Access Control / OCR / Turniket / Şlaqbaum sistemləri;
Şəbəkə infrastrukturu və Layer 1/L2 əsasları;
Fiber optik və strukturlaşdırılmış kabel sistemləri;
Server otağı və Data Center infrastrukturu;
UPS və enerji ehtiyat sistemləri;
İT standartların əsaslarını;
Texniki və proqram vasitələrinin tətbiqi, inteqrasiya, quraşdırması;
Layihələrin idarəedilməsi əsasları.

Şirkət haqqında

Azərbaycan Dəmir Yolları
Baku

Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır. Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. Cəmiyyətinin insan resursları siyasəti zəruri kadr resurslarının formalaşdırılması, effektiv idarə edilməsi və kadrların səmərəli fəaliyyətinin təmin edilməsini nəzərdə tutur.

Azərbaycan Dəmir Yolları — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT infrastrukturu üzrə böyük mühəndis
Müraciət et