Active DirectorymacOSNetwork Administration
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
1 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Sizdən İT xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə istifadəçi sorğularını təhlil etmək və əməliyyat sistemləri ilə proqram təminatının monitorinqini həyata keçirmək, yaranan texniki problemləri effektiv şəkildə həll etmək gözlənilir. Həmçinin, şəbəkə avadanlıqları və ofis texnikasının idarə olunması, təhlükəsizlik prosedurlarının tətbiqi, texniki sənədlərin hazırlanması və yeni əməkdaşların onboarding prosesində fəal iştirakınız etmək tələb olunur.
Vəzifə öhdəlikləri
- İT xidmət keyfiyyətinin artırılması məqsədilə istifadəçi sorğularının təhlili və xidmətin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Müxtəlif əməliyyat sistemlərinin (Windows, macOS və s.) və proqram təminatlarının monitorinqi, yaranan yeni problemlərin araşdırılması və həll yollarının tapılması;
- Printerlərlə bağlı problemlərin həll olunması və onların monitorinqinin aparılması;
- Ofislərdə baş verən avadanlıqlarla bağlı fiziki çətinliklərin araşdırılması və həll yollarının tapılması;
- Vendor dəstəyi ilə əməkdaşlıq və texniki məsələlərin koordinasiyası;
- İT və İnformasiya Təhlükəsizliyi (InfoSec) prosedurlarının mənimsənilməsi və tətbiq edilməsi;
- Yeni əməkdaşların texniki onboarding prosesinin təşkili və texniki mühitə inteqrasiyasının təmin edilməsi.
Tələblər
- Ali təhsilə (İnformasiya Texnologiyaları üzrə üstünlükdür);
- Müvafiq sahə üzrə 3 illik iş təcrübəsinə;
- Active Directory (AD), Windows, macOS, ManageEngine sistemləri üzrə dərin texniki biliklərə;
- Patch panel və switch-lərlə işləmə, kabelləşmə və əlaqələrin təmin olunması bacarığına;
- Printer və digər ofis texnikasının diaqnostikası və təmiri üzrə təcrübəyə;
- Ofis proqramları (Microsoft Office), e-poçt sistemi və Microsoft Teams üzrə istifadəçi səviyyəsində biliklərə;
- İstifadəçilərlə ünsiyyət qurmaq və onların ehtiyaclarını düzgün başa düşmək bacarığına sahib olmaq.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Platinum əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Şirkət haqqında
Bir
Technology · Baku
Bir — the first fully integrated digital ecosystem in the Caucasus, uniting Birbank, Birmarket, m10 and MilliÖn under one umbrella (Kapital Bank / PASHA Holding).
Bir — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Active DirectoryGroup PolicyWindows Server
CybersecuritySIEMLinux
Windows ServerTCP/IPActive Directory




