Texniki dəstək üzrə mütəxəssis

Vey Non-Food MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
7 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Kameralar, MSS və şəbəkə sistemlərini fasiləsiz yoxlamaq;
  • İşlək olmayan kamera və avadanlıqları operativ şəkildə aşkar etmək, qeydiyyata almaq və onların təmiri və ya əvəz olunması prosesinə nəzarət etmək;
  • Sistemlərin proqram təminatını vaxtında yenilənməsinə nəzarət etmək və backup planlarını yoxlamaq;
  • İstifadəçi kompüterlərində və periferik qurğularda yaranmış proqram və avadanlıq nasazlıqlarını aradan qaldırmaq;
  • Service Desk və email üzərindən gələn sorğuların həll olunmasını təmin etmək;
  • Yeni Mağaza və anbarların texniki vəziyyətinə baxış keçirilməsini təşkil etmək;
  • Mağaza və anbardan lokal şəbəkə, CCTV, səsləndirmə, giriş-çıxış və digər avadanlıqların qurulmasını və sazlanmasını icra etmək;
  • İT departamentinə daxil olan texniki müraciət və zəngləri qəbul etmək, istifadəçilərə zəruri dəstəyi göstərmək;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (İT və ya müvafiq sahə üzrə Ali təhsili olan);
  • Microsoft Windows və Android əməliyyat sistemləri barəsində biliklər;
  • Desktop, laptop və mobil cihazların şəbəkəyə qoşulma prinsipləri haqqında biliklər;
  • Simsiz şəbəkə nöqtəsi barədə baza bilikləri;
  • Kompyüter texnikası haqqında ümumi anlayış;
  • Nasazlıqların axtarışı üzrə bacarıqlar;
  • Xidmət masası (Service Desk) ilə iş təcrübəsi.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki dəstək üzrə mütəxəssis
Müraciət et