Proqram təminatı üzrə aparıcı mühəndis

Kontakt Home

Yerləşmə
Azərbaycan
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 iyun 2026
Son tarix
29 iyul 2026

Vakansiya haqqında

Təsvir

  • Yeni proqram təminatı və modulların yazılması;
  • Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alınması;
  • Proses zamanı qarşıya çıxan problemlərin analizi və aradan qaldırılması;
  • Yazılmış hər bir modul və ya həllin müvafiq testlərlə dəstəklənməsi;
  • Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
  • Proqram təminatının daha sonrakı mərhələlərdə dəstəklənməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Komandaya texniki rəhbərlik və mentorluq bacarığı;
  • Texniki səviyyədə ingilis dili biliyi.
  • OOP prinsipləri və Design Pattern-lərlə dərin nəzəri və praktiki biliklər;
  • ASP.NET Core (.NET 5+) və RESTful API arxitekturası üzrə geniş təcrübə;
  • ORM texnologiyaları (EF Core, Dapper) və performans optimizasiyası üzrə biliklər;
  • SQL və Microsoft SQL Server RDBMS üzrə yüksək səviyyədə praktiki təcrübə;
  • Git SCM və branching strategiyaları ilə işləmə bacarığı;
  • Unit və inteqrasiya testlərinin yazılması və avtomatlaşdırılması üzrə təcrübə;
  • Code review və texniki dokumentasiya hazırlanması üzrə təcrübə;

Vakansiya növü - Tam ştat

Şirkət haqqında

Kontakt Home
Baku

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.

Kontakt Home — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Proqram təminatı üzrə aparıcı mühəndis
Müraciət et