Automated TestingSeleniumCypress
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Manual və avtomatlaşdırılmış test proseslərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;Layihələr üzrə test strategiyası və keyfiyyətə nəzarət yanaşmalarını hazırlamaq;Test Plan, Test Strategy və digər QA sənədlərinin hazırlanmasını təmin etmək;UI, API və End-to-End testlərinin avtomatlaşdırılmasını həyata keçirmək və inkişaf etdirmək;Avtomatlaşdırılmış testlərin CI/CD proseslərinə inteqrasiyasını təmin etmək;Test əhatə dairəsinin (Test Coverage) artırılması və test proseslərinin optimallaşdırılması istiqamətində təşəbbüslər göstərmək;Manual test ssenarilərinin avtomatlaşdırılması üzrə prioritetləri müəyyən etmək;Buraxılışdan əvvəl keyfiyyət risklərini qiymətləndirmək və onların minimuma endirilməsini təmin etmək;Aşkarlanmış qüsurlar üzrə kök səbəb analizini (Root Cause Analysis) aparmaq;QA metriklərini hazırlamaq və rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;Komanda üzvlərinə metodoloji və texniki dəstək göstərmək, bilik paylaşımını təşkil etmək;Yeni test alətləri və texnologiyalarını araşdırmaq və tətbiq etmək;Layihə rəhbərləri, analitiklər və proqramçılarla sıx əməkdaşlıq edərək məhsulun keyfiyyətinin təmin olunmasına nəzarət etmək. Xüsusi tələblər İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;QA sahəsində minimum 3 il iş təcrübəsi;Automation Testing sahəsində minimum 1 il praktiki təcrübə;SDLC, STLC və Agile metodologiyaları üzrə dərin biliklər;Test strategiyasının hazırlanması və tətbiqi təcrübəsi;Java, JavaScript, TypeScript və ya C# proqramlaşdırma dillərindən ən azı biri üzrə praktiki bilik;Playwright, Selenium, Cypress və ya analoji test avtomatlaşdırma alətləri ilə işləmə təcrübəsi;REST API testlərinin avtomatlaşdırılması üzrə təcrübə;SQL üzrə yaxşı biliklər;Git və Git Flow ilə işləmə bacarığı;Jenkins, GitLab CI, GitHub Actions və ya digər CI/CD platformaları ilə işləmə təcrübəsi;Test framework-lərinin qurulması və inkişaf etdirilməsi təcrübəsi;Allure Report və ya analoji hesabatlaşdırma alətləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur;Docker və konteyner texnologiyaları üzrə baza bilikləri üstünlük hesab olunur;Performans testləri (JMeter, k6 və s.) üzrə biliklər üstünlük hesab olunur;Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;Komandaya metodoloji dəstək və mentorluq bacarığı;Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;Azərbaycan dilində sərbəst, ingilis dilində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Test AutomationSeleniumCypress
Manual TestingPostmanTest Automation
Test AutomationAppiumPlaywright

