Active DirectoryFirewall ManagementFortiGate
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 800–2 000 ₼
Yerləşdirilib
16 iyun 2026
Bacarıqlar və texnologiyalar
Active DirectoryGroup PolicyTCP/IPRoutingFirewall ManagementBashCloud TechnologiesDocumentationProject ManagementTechnical LeadershipWindows Server AdministrationDNSDHCPVLANNATVPNPalo AltoMicrosoft 365ZabbixPRTGPowerShellVirtualizationNetwork SecurityPerformance OptimizationVMware vSphereBackup and Disaster RecoveryVeeamAcronisSubnettingFortiGateMicrosoft ExchangeLinux Server Administration
Vakansiya haqqında
Server və şəbəkə infrastrukturunun yüksək əlçatanlıq (High Availability) və fasiləsiz fəaliyyətinin təmin edilməsi; Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky Linux və s.) mühitlərinin qurulması, konfiqurasiyası, administrasiyası və optimallaşdırılması; Active Directory infrastrukturu (AD DS, DNS, DHCP, Group Policy, OU strukturu, DFS və s.) üzrə idarəetmə və inkişaf işlərinin həyata keçirilməsi; VMware vSphere (ESXi, vCenter) və ya Hyper-V virtualizasiya mühitlərinin idarə olunması, performansın optimallaşdırılması və kapasite planlamasının aparılması; Backup, Disaster Recovery (DR) və Business Continuity həllərinin hazırlanması, tətbiqi və mütəmadi testlərinin keçirilməsi; Şirkətin informasiya təhlükəsizliyi siyasətlərinin tətbiqi, təhlükəsizlik boşluqlarının aradan qaldırılması və Patch Management proseslərinin idarə olunması; Firewall, VPN, VLAN və digər şəbəkə təhlükəsizliyi həllərinin idarə olunması; SAN/NAS storage sistemlərinin idarə olunması, LUN və storage resurslarının optimallaşdırılması; Microsoft Exchange və Microsoft 365 xidmətlərinin administrasiyası; Monitorinq və loglama sistemlərinin (Zabbix, PRTG və s.) qurulması, inkişaf etdirilməsi və idarə olunması; Kritik insidentlərin araşdırılması, Root Cause Analysis (RCA) aparılması və qabaqlayıcı tədbirlərin hazırlanması; Yeni infrastruktur layihələrinin planlaşdırılması, tətbiqi və texniki rəhbərliyinin həyata keçirilməsi; Sistem və şəbəkə arxitekturasının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və icrası; İT aktivlərinin inventarizasiyasının və texniki sənədləşmənin aparılması; Junior və Middle səviyyəli sistem administratorlarına texniki dəstək və mentorluğun göstərilməsi; Gündəlik, həftəlik və aylıq texniki hesabatların hazırlanması. Uyğun namizədlər CV-lərini və ya əlaqə məlumatlarını mail unvanına təqdim edə bilərlər.
Vəzifə öhdəlikləri
Enterprise səviyyəli server və şəbəkə infrastrukturunun idarə olunması; Yüksək əlçatanlıq (HA) və Disaster Recovery arxitekturaları üzrə biliklər; Active Directory və Microsoft xidmətlərinin idarə olunması; Windows və Linux sistemlərinin performans optimallaşdırılması; Şəbəkə və informasiya təhlükəsizliyi prinsipləri; Backup və restore strategiyalarının qurulması və test edilməsi; Sənədləşdirmə və texniki prosedurların hazırlanması; Layihələrin idarə olunması və texniki liderlik bacarıqları; Avtomatlaşdırma və skriptləşdirmə bacarıqları.Tələblər
İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil; Sistem administrasiyası sahəsində minimum 5 il iş təcrübəsi; Windows Server və Linux server mühitlərinin inzibatçılığı üzrə güclü nəzəri və praktiki biliklər; Active Directory, DNS, DHCP, Group Policy, DFS və File Services üzrə dərin təcrübə; VMware vSphere (ESXi, vCenter) və ya Microsoft Hyper-V üzrə praktiki təcrübə; Backup və Disaster Recovery həlləri (Veeam, Acronis və ya oxşar məhsullar) üzrə təcrübə; TCP/IP, Routing, VLAN, Subnetting, NAT, VPN və Firewall texnologiyaları üzrə biliklər; Fortigate, Sophos, Palo Alto və ya oxşar firewall həlləri ilə iş təcrübəsi; Microsoft Exchange və Microsoft 365 xidmətlərinin idarə olunması üzrə təcrübə; Zabbix, PRTG və ya digər monitorinq sistemləri üzrə təcrübə; SAN/NAS storage sistemləri və storage idarəçiliyi üzrə biliklər; PowerShell, Bash və ya digər skript dilləri ilə avtomatlaşdırma təcrübəsi üstünlükdür; Virtualizasiya, təhlükəsizlik və bulud texnologiyaları üzrə sertifikatların (MCSA/MCSE, VMware VCP, Azure Administrator və s.) olması üstünlükdür; Problemlərin analitik həlli, qərarvermə və komanda ilə işləmək bacarığı.Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Windows ServerTCP/IPActive Directory
Active DirectoryAnsibleBash
Active DirectoryVeeam Backup & ReplicationTCP/IP


