DevSecOps üzrə aparıcı mütəxəssis

PASHA Sığorta

Yerləşmə
Azərbaycan
Təcrübə
2–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 fevral 2026
Dillər
Azerbaijani, English, Russian

Vakansiya haqqında

“PAŞA Sığorta” ASC namizədləri DevSecOps üzrə aparıcı mütəxəssi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

  • Proqram təminatı, DevOps və Cloud arxitekturalarının təhlükəsizlik baxımından dizaynı və dəyərləndirilməsi;

  • Şirkət üzrə DevSecOps strategiyasının formalaşdırılması və tətbiqi;

  • CI/CD pipeline-larda təhlükəsizlik nəzarətlərinin (security gates) dizaynı, avtomatlaşdırılması və optimallaşdırılması;

  • SSDLC çərçivəsində təhlükəsizlik tələblərinin erkən mərhələdə (shift-left security) inteqrasiyası;

  • SAST, DAST, SCA, IaC və Container Security alətlərinin seçilməsi, konfiqurasiyası və nəticələrinin risk-əsaslı təhlili;

  • Kubernetes, Docker və Cloud mühitlərində (AWS, Azure, GCP) təhlükəsizlik arxitekturasının qurulması və nəzarəti;

  • DevOps infrastrukturu üzrə təhlükəsizlik siyasətləri, standartlar və prosedurların hazırlanması;

  • Proqram təminatı və infrastruktur üzrə kritik informasiya təhlükəsizliyi risklərinin aşkarlanması və aradan qaldırılmasına rəhbərlik etmək;

  • NIST, CIS Benchmarks, OWASP və Şirkət daxili tələblərə uyğunluğun təmin edilməsi və monitorinqi;

  • DevSecOps, DevOps və inkişaf komandalarına texniki liderlik və mentorluq göstərmək;

  • Təhlükəsizlik insidentlərinin CI/CD və runtime mərhələsində aşkarlanması və qarşısının alınması mexanizmlərinin qurulması;

  • Təhlükəsizlik üzrə daxili təlimlərin və best practice sessiyalarının təşkili.

Təhsil və ixtisas.

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil.

Sertifikatlar.

  • Kibertəhlükəsizlik və Cloud üzrə sertifikatlar üstünlükdür (CKS, CKAD, AWS Security Specialty, eWPT, eCPPTv2 və s.).

Bilik və bacarıqlar.

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;

  • DevSecOps / AppSec / Cloud Security sahəsində minimum 2.5–4 il iş təcrübəsi;

  • Azərbaycan dilini əla, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;

  • CI/CD platformaları (GitLab CI, Jenkins, GitHub Actions, Azure DevOps) üzrə dərin biliklər;

  • Cloud təhlükəsizliyi üzrə güclü praktiki təcrübə (AWS, Azure və ya GCP);

  • Kubernetes Security (RBAC, Network Policy, Pod Security, Secrets Management) üzrə biliklər;

  • Infrastructure as Code (Terraform, CloudFormation) və IaC security scanning üzrə təcrübə;

  • SAST, DAST, SCA, container image scanning və policy-as-code yanaşması üzrə biliklər;

  • Skript və avtomatlaşdırma bacarığı (Python, Bash);

  • Mikroservis və cloud-native arxitektura dizayn prinsiplərini dərindən anlamaq;

  • Threat Modeling və risk-əsaslı təhlükəsizlik qərarlarının verilməsi bacarığı;

  • Güclü analitik düşünmə, strateji yanaşma və qərarvermə bacarığı;

  • Yüksək məsuliyyət, liderlik və çoxkomandalı mühitdə effektiv ünsiyyət bacarığı.

Dil bilikləri.

  • Azərbaycan, İngilis və Rus dilləri

Şirkət haqqında

PASHA Sığorta
Insurance · Baku

PASHA Sığorta — the leading insurance company in Azerbaijan (part of PASHA Holding), offering a full range of insurance products.

PASHA Sığorta — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
DevSecOps üzrə aparıcı mütəxəssis
Müraciət et