Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Sədərək, Bakı
  • Əmək haqqı: 1,000–1,200 AZN

Komandamıza anbar proseslərinin effektiv idarə olunmasını təmin edəcək, məsuliyyətli və işinə peşəkar yanaşan Baş Anbardar axtarırıq.

Əsas vəzifələr:

  • Anbarda mövcud stoklara nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və aşkar olunan uyğunsuzluqları aradan qaldırmaq;
  • Anbara daxil olan və anbardan çıxan məhsulların 1C proqramında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü düzgün təşkil etmək;
  • Daxil olan məhsulların qəbulunu, qeydiyyatını və müvafiq rəflərdə düzgün yerləşdirilməsini təşkil etmək;
  • Sifariş olunan məhsulların düzgün şəkildə hazırlanmasını, paletlərə yığılmasını və sifarişçilərə vaxtında göndərilməsini təmin etmək;
  • Anbarda təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
  • İstifadə müddəti bitmiş məhsulların vaxtında aşkarlanmasını və ayrılmasını təmin etmək;
  • Son istifadə tarixinə az qalmış məhsulların müəyyənləşdirilməsinə və onların satışının vaxtında təşkilinə nəzarət etmək;
  • Anbarın səliqəli, sistemli və effektiv fəaliyyətini təmin etmək.

Tələblər:

  • Anbar sahəsində iş təcrübəsi;
  • 1C proqramında işləmək bacarığı;
  • Stok və inventar uçotu üzrə anlayış;
  • Komandanı idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Fiziki məhsullarla işləmə və anbar proseslərini düzgün təşkil etmə bacarığı;
  • Komanda ilə işləmək və problemləri operativ həll etmək bacarığı.

Üstünlükdür:

  • Anbar rəhbəri / baş anbardar vəzifəsində əvvəlki iş təcrübəsi;
  • Böyük həcmli stoklarla işləmə təcrübəsi;
  • 1C üzrə praktiki biliklərin yaxşı səviyyədə olması.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərlər.

Mövzu hissəsində “Baş Anbardar” qeyd etməyiniz xahiş olunur..

Yerləşmə
Sədərək
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Son tarix
27 sentyabr 2026

Şirkət haqqında

Medsol
Topdansatış və pərakəndə ticarət, Tibbi avadanlıqların istehsalı · Sədərək

2013-cü ildə MEDSOL MMC olaraq qurulan firmamız tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət etməyə başladı.

Medsol — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş anbardar
Müraciət et