Xərclərə nəzarət üzrə mütəxəssis

MER Group

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Restorana daxil olan məhsulların miqdarını, çəkisini, qiymətini və keyfiyyətini yoxlamaq;
  • Mal qəbulunun təsdiq edilmiş sifariş və təchizatçı sənədlərinə uyğunluğunu nəzarətdə saxlamaq;
  • Qəbul zamanı çatışmazlıq, artıq məhsul, keyfiyyətsiz və ya uyğunsuz məhsulları müəyyən etmək;
  • Anbara daxil olan bütün məhsulların sistemdə düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Gündəlik, həftəlik və aylıq inventarizasiyalarda iştirak etmək;
  • Faktiki qalıqları sistem qalıqları ilə müqayisə etmək;
  • Artıq və əskik qalıqlar üzrə fərqləri müəyyənləşdirmək;
  • Aşkar edilmiş fərqlərin səbəblərini araşdırmaq və rəhbərliyə hesabat vermək;
  • Məhsulların anbarlar arasında hərəkətinə və transferlərinə nəzarət etmək.

Tələblər:

  • Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • İİKO və 1C proqramı ilə işləmə bacarığı;
  • Ezamlara acıq olmalıdır;
  • Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
  • Anbar, inventarizasiya və məhsul hərəkətinə nəzarət təcrübəsi;
  • Komandada işləmək və prosesləri effektiv idarə etmək bacarığı;
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik və inkişaf yönümlü iş mühiti.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində "Xərclərə nəzarət üzrə mütəxəssis" qeyd etmələri xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Son tarix
14 oktyabr 2026

Şirkət haqqında

MER Group
Security and Investigations · 501-1,000 · Baku
MER Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Novex Group
Middle · 3+ ilLənkəran
Maaş göstərilməyib

Anbar və kassa inventarizasiyalarını təşkil edir, təftiş aparır və hesabat hazırlayır, 3 il təcrübə tələb olunur.

Internal AuditInventory ManagementTeamworkMicrosoft Excel+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xərclərə nəzarət üzrə mütəxəssis
Müraciət et