İstixana sahəsinin fəaliyyətini idarə edir və bitkilərin aqrotexniki qulluq biliklərinə malikdir.
Vakansiya haqqında
Tələblər:
- Aqronomluq, Bitkiçilik, Kənd təsərrüfatı və ya digər aidiyyəti sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
- Aqronomluq sahəsində minimum 2-4 il iş təcrübəsi.
- Analitik düşünmə, problemlərin həlli və operativ qərarvermə qabiliyyəti.
- Komanda idarəetmə, təşkilatçılıq və liderlik bacarıqları.
Vəzifə öhdəlikləri:
- Əkin planlarının hazırlanmasını, icrasını və icra prosesinə nəzarəti təmin etmək.
- Əkin, becərmə, gübrələmə, suvarma və məhsul yığımı proseslərinin planlaşdırılmasını və idarə olunmasını təşkil etmək.
- Torpaq analizlərinin aparılmasını təşkil etmək və nəticələrə uyğun aqrotexniki tədbirləri müəyyənləşdirmək.
- Bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə tədbirlərinin hazırlanmasını və tətbiqinə nəzarəti həyata keçirmək.
- Gübrə və pestisidlərin düzgün seçilməsi, tətbiqi və istifadəsinə nəzarət etmək.
- Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin ediləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində vakansiya adını qeyd etməyiniz xahiş olunur.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Azersun Holding — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətin strateji satınalma proseslərini idarə edir və yüksək səviyyədə danışıqlar aparır.
Kadr fəaliyyətini idarə etmək və HR strategiyaları qurmaq təcrübəsi tələb olunur.
Müştərilərlə işləyərək kredit satışını həyata keçirir və kredit analizini aparır.


