Vakansiya haqqında

Timeless Forest MMC komandamıza 100 ha pavloniya plantasiyasının aqronomik idarə olunmasını həyata keçirəcək Aqronom axtarırıq.

Əsas vəzifələr

  • 100 ha pavloniya sahəsinin gündəlik aqronomik idarə olunmasını həyata keçirmək;
  • Suvarma qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
  • Fertiqasiya proqramının hazırlanmasını və icrasını təmin etmək;
  • Gübrə sərfiyyatını hesablamaq və uçotunu aparmaq;
  • Torpaq, su və yarpaq analizlərinin təşkilini həyata keçirmək;
  • Analiz nəticələrinə əsasən gübrələmə proqramlarının hazırlanmasında iştirak etmək;
  • Xəstəlik və zərərvericiləri vaxtında müəyyən etmək və mübarizə tədbirlərini planlaşdırmaq;
  • Budama, gövdə formalaşdırılması və yan budaqların təmizlənməsi işlərini təşkil etmək;
  • Alaq otlarına qarşı mübarizə tədbirlərini planlaşdırmaq;
  • Sahə işçilərinə gündəlik tapşırıqlar vermək və görülən işlərə nəzarət etmək;
  • Bitki sayı, tələfat faizi və böyümə göstəricilərinin dəqiq uçotunu aparmaq;
  • Suvarma və gübrələmə üzrə uçotu aparmaq;
  • Ağacların böyümə göstəricilərini mütəmadi ölçmək və müqayisəli təhlil etmək;
  • Sahənin gündəlik monitorinqini aparmaq;
  • Həftəlik və aylıq aqronomik hesabatlar hazırlamaq;
  • Aqrotexniki işlərin mövsümi planını hazırlamaq və icrasına nəzarət etmək.

Namizədə tələblər

  • Aqronomluq, bitkiçilik və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Aqronom vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Meyvə bağı, intensiv əkinçilik və ya ağac plantasiyasında praktiki təcrübə üstünlükdür;
  • Pavloniya üzrə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Damlama suvarma sistemlərinin idarə olunması və suvarma proqramlarının hazırlanması üzrə praktiki bilik;
  • Fertiqasiya və gübrə hesablamaları üzrə praktiki bilik;
  • Torpaq və su analizlərinin nəticələrini oxumaq və nəticələrə əsasən gübrələmə proqramı hazırlamaq bacarığı;
  • Bitkilərdə qida çatışmazlığı əlamətlərini müəyyən etmək bacarığı;
  • Pavloniya üzrə budama, gövdə formalaşdırılması və yan budaqların təmizlənməsi texnologiyasını bilmək;
  • Xəstəlik və zərərvericilərin monitorinqi və mübarizə proqramlarının hazırlanması üzrə bilik;
  • Alaq otlarına qarşı mübarizə tədbirlərini planlaşdırmaq bacarığı;
  • Kənd təsərrüfatı texnikası və aqrotexniki işlərin planlaşdırılması barədə praktiki anlayış;
  • Excel proqramında işləmək bacarığı;
  • Sahədə işləməyə və mütəmadi monitorinq aparmağa hazır olmaq;
  • B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür;
  • Rus, İngilis və ya Alman dili biliyi üstünlükdür.

İş şəraiti

  • İş yeri: Ağsu və Hacıqabul ərazisində yerləşən pavloniya plantasiyaları
  • İş rejimi: 6 gün
  • Maaş: Bilik və bacarıqlara əsasən qiymətləndiriləcək və müsahibə əsasında razılaşma yolu ilə müəyyən olunacaq.

Pavloniya plantasiyasının idarə olunması, aqrotexniki proseslərin düzgün təşkili və sahə nəticələrinin sistemli şəkildə izlənməsi üzrə praktiki təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 sentyabr 2026
Dillər
Russian, English, German
Son tarix
28 oktyabr 2026
Baxış
20

Şirkət haqqında

Timeless Forest MMC
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Meşə təsərrüfatı · Bakı
Timeless Forest MMC — bütün vakansiyalar

Timeless Forest MMC, Azərbaycanda davamlı kənd təsərrüfatı və meşəçilik istiqamətində fəaliyyət göstərən şirkətdir. Şirkətin əsas fəaliyyət istiqaməti pavloniya ağaclarının yetişdirilməsi və genişmiqyaslı meşə plantasiyalarının…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Ağsu və Hacıqabul ərazisində yerləşən pavloniya plantasiyalarıdır.

İş rejimi həftədə 6 gündür.

Aqronom vəzifəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

Aqronomluq, bitkiçilik və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Aqronom üzrə Bakıda digər açıq elanlar.

Maaş göstərilməyib

Bitkilərin sağlamlığını yoxlayır, xəstəlikləri müəyyən edir və aqrotexniki işlərə nəzarət edir.

Soil AnalysisPlant health assessmentIrrigation ManagementFertilization techniques+9
Müraciət et
1 000–2 000₼

Kənd təsərrüfatı məhsullarının istehsalını və xəstəliklərlə mübarizəni idarə edir, analitik düşüncə tələb olunur.

Report PreparationMicrosoft Office
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Pivot suvarma sistemləri ilə sahələrdə aqrotexniki işləri təşkil edir və nəzarət edir.

ReportingAgronomyIrrigation ManagementCrop Monitoring+3
Müraciət et
Azza Gastronom
3+ ilBakı
Maaş göstərilməyib2 gün qalıb

Bağ sahəsində bitkilərin xəstəlik və zərərvericilərə qarşı mübarizəsini təşkil edir və 3 il təcrübə tələb olunur.

AgronomySoil preparationPhenological mapping
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aqronom
Müraciət et