Təsərrüfat fəaliyyətini idarə edir, departamentə rəhbərlik edir və ən azı 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Geniş mağazalar şəbəkəsinə malik, mebel və elektronika sahəsində qabaqcıl şirkətimizə, baş ofis, anbar və mövcud mağazaların inzibati-təsərrüfat işlərini peşəkar səviyyədə idarə edəcək, dinamik və məsuliyyətli İnzibati təsərrüfat müdiri axtarırıq.
Əsas Öhdəliklər və Vəzifə Funksiyaları:
- Mağazaların, anbarların və baş ofisin texniki vəziyyətinə (işıqlandırma, havalandırma, isitmə/soyutma, su-kanalizasiya sistemləri və s.) nəzarət etmək və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılmasını təmin etmək.
- Yeni açılacaq mağazaların təmir-tikinti, dizayn və quraşdırma işlərini koordinasiya etmək; cari təmir işlərinə rəhbərlik etmək.
- Təsərrüfat materiallarının (ofis ləvazimatları, təmizlik vasitələri, inventarlar) ehtiyacını müəyyən etmək, sifarişini vermək və paylanmasını idarə etmək.
- Müvafiq xidmət göstərən üçüncü tərəflərlə (texniki xidmət şirkətləri) müqavilələrin bağlanması, şərtlərinə riayət olunması və işin keyfiyyətinə nəzarət.
- Şirkətin əsas vəsaitlərinin və inventarlarının qeydiyyatını aparmaq, qorunmasını təmin etmək və dövri inventarizasiyada iştirak etmək.
- İnzibati-təsərrüfat şöbəsinin işçilərinin (sürücülər, texniki işçilər,anbardarlar, fəhlələr, təmizlik personalı və b.) iş qrafiklərini tərtib etmək və fəaliyyətlərini yönləndirmək.
- Obyektlərdə yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər:
- Təhsil: Ali və ya orta-ixtisas təhsili (Texniki və ya İdarəetmə sahəsi arzuolunandır).
- İş təcrübəsi: Mağazalar şəbəkəsi, retail (pərakəndə satış) və ya böyük biznes mərkəzlərində inzibati-təsərrüfat sahəsində idarəetmə təcrübəsi.
- Texniki biliklər: Binaların mühəndis-kommunikasiya sistemləri və təmir işləri barədə anlayış.
- Şəxsi keyfiyyətlər: Yüksək təşkilatçılıq və problem həlletmə bacarığı, stressə davamlılıq, komandada işləmək və idarəetmə qabiliyyəti.
- Sürücülük vəsiqəsi: B kateqoriyası (olması üstünlükdür, çünki mağazalar arası hərəkət tələb oluna bilər).
İş Şəraitimiz:
- İş qrafiki: 6 günlük iş həftəsi.
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.
- Karyera imkanları: Böyüyən və inkişaf edən şirkətdə peşəkar artım perspektivi.
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
- İş yeri: Yasamal r/n, İnşaatçılar m/s, 3 Tac binası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında, 3 Tac binasıdır.
İş qrafiki həftədə 6 gündür.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında təyin olunur.
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə təmin edilir.
Ali və ya orta-ixtisas təhsili, texniki və ya idarəetmə sahəsi arzuolunandır.
Mağazalar şəbəkəsi, retail və ya böyük biznes mərkəzlərində inzibati-təsərrüfat sahəsində idarəetmə təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBinaların idarəedilməsi üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Bina və əmlakın istismarını idarə etmək və ofis təchizatını tənzimləmək.
Tikinti və infrastruktura əməliyyatlarına rəhbərlik etmək üçün 10 il təcrübə.
Bina idarəetmə sistemlərini idarə edir və texniki təchizat üzrə ən azı 3 il təcrübəsi olur.




