Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Çörək və un məmulatları kateqoriyasındakı (çörək, baton, lavaş, bulka, kruassan, piroq, keks, peçenye, suxari və digər un məmulatları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (nəmlik, turşuluq, xəmirin qalxması, çörəyin həcmi, məsaməlilik, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Buğda unu, maya, duz, şəkər, yağlar, süd məhsulları, yumurta məhsulları, yaxşılaşdırıcılar, fermentlər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Çörək və un məmulatları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, əmək, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Namizədə olan tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Çörək və un məmulatlarının texnologiyası, Taxıl və taxıl məhsullarının texnologiyası və ya müvafiq texniki sahə.
  • Təcrübə:
  • Retail/FMCG/qida sektorunda satınalma/kateqoriya idarəetməsi üzrə(Çörək, un məmulatları, un və ya qənnadı məhsulları sektorunda texnoloq/istehsalat/keyfiyyət istiqamətində) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və bazar biliyi: Çörək və un məmulatları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək.
  • Xammal üzrə bilik: Buğda unu, maya, duz, şəkər, bitki və heyvan mənşəli yağlar, süd məhsulları, yumurta məhsulları, gluten, fermentlər, yaxşılaşdırıcılar və digər xammalların xüsusiyyətlərini bilmək.
  • Texnoloji proses: Xammalın qəbulu və hazırlanması, dozalanma, xəmirin hazırlanması və yoğrulması, fermentasiya, formalaşdırma, mayalandırma, bişirmə, soyutma, dilimləmə və qablaşdırma proseslərini bilmək.
  • Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, allergenlərin idarə edilməsi, çörək xəstəlikləri, kiflənmə, saxlanma şəraiti və müddəti, həmçinin fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə bilik.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və ya Rus dili – mütləq.
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Huseyn Javid ave. 202, Blok D
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
1 noyabr 2026
Baxış
23

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · Baku
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Qida mühəndisliyi, Qida texnologiyası, Çörək və un məmulatlarının texnologiyası və ya müvafiq texniki sahə tələb olunur.

Retail/FMCG/qida sektorunda satınalma və ya kateqoriya idarəetməsi üzrə minimum 5 il təcrübə tələb olunur.

İş yeri Bakı şəhərindədir.

Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili mütləqdir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Çörək istehsalı üzrə istehsalat müdiri üzrə Bakıda digər açıq elanlar.

VIZART
Manager · 5+ ilBakı
3 400–5 100₼

Ofisin idarə olunması və satışların artırılması üçün 5 ildən çox təcrübəsi olan menecer.

Sales ManagementB2B SalesNegotiationKPI Management+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Çörək və un məmulatları üzrə istehsalat və satınalma müdiri
Müraciət et