Vakansiya haqqında
Vəzifə və öhdəliklər:
- Layihə üzrə materialların qəbulunu, uçotunu, saxlanmasını və paylanmasını təşkil etmək;
- Gələn materialların satınalma sifarişləri, qaimələr, spesifikasiyalar və digər müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
- Materialların miqdarına, keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə müvafiq aktların hazırlanmasını təmin etmək;
- Materialların ERP/SAP və ya digər anbar uçotu sistemlərində düzgün qeydiyyatını təmin etmək;
- Materialların layihə sahələrinə vaxtında və düzgün çatdırılmasını koordinasiya etmək;
- Material ehtiyatlarının səviyyəsini izləmək, çatışmazlıq və artıq ehtiyatlarla bağlı rəhbərliyə məlumat vermək;
- Materialların saxlanma şəraitinin istehsalçı tələblərinə və layihə standartlarına uyğunluğunu təmin etmək;
- Material sertifikatlarının (MTC, COC və s.) və digər keyfiyyət sənədlərinin tamlığını yoxlamaq;
- Materialların izləniləbilənliyini (Material Traceability) təmin etmək;
- Gündəlik, həftəlik və aylıq material hərəkəti üzrə hesabatlar hazırlamaq;
- Inventarizasiya proseslərində iştirak etmək və inventar fərqlərinin araşdırılmasını təmin etmək;
- Satınalma, logistika, tikinti, planlaşdırma, QA/QC və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
- Layihə üzrə artıq, istifadə olunmayan və yararsız materialların uçotunu aparmaq və müvafiq təkliflər hazırlamaq;
- Material idarəetmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Şirkətin HSE, Keyfiyyət İdarəetmə Sistemi və daxili prosedurlarının tələblərinə riayət etmək.
Tələblər:
- Təhsil: Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Sənaye, Mexanika, İnşaat mühəndisliyi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Material idarəetməsi, anbar əməliyyatları və ya logistika sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi;
- EPC, neft-qaz, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
- Material uçotu, inventarizasiya və material izləniləbilənliyi prinsiplərini bilmək;
- ERP, SAP, Oracle və ya digər material idarəetmə proqramları ilə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
- Azərbaycan dilini sərbəst, ingilis dilini orta və ya yaxşı səviyyədə bilmək arzuolunandır;
- Analitik düşünmə, planlaşdırma, koordinasiya və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- Həftədə 2 gün istirahət.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Aparıcı Material Nəzarətçisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
30 avqust 2026
Şirkət haqqında
Amina and S Group
Tikinti, İnfrastruktur tikintisi · Baku
AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir.
Amina and S Group — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyibSon gün
Maaş göstərilməyib
Anbar və kassa inventarizasiyalarını təşkil edir, təftiş aparır və hesabat hazırlayır, 3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib5 gün qalıb
Təchizat və logistika proseslərini idarə edir, 5 il təcrübə və analitik bacarıq tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mal-materialların uçotunu və hərəkətini 1C proqramında aparmaq tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət


