Quality ControlTeam Management1C
Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
20 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Chicken Project fast food restoranlar şəbəkəsi komandaya təcrübəli və nəticəyönümlü Əməliyyat Meneceri axtarır. Namizəd filialların gündəlik əməliyyatlarının səmərəli idarə olunmasına, keyfiyyət standartlarının təmin edilməsinə və maliyyə göstəricilərinin optimallaşdırılmasına cavabdeh olacaq.
İş şəraiti
- İş yeri: Bakı
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- İş qrafiki: Çevik qrafik (restoranların iş saatlarına uyğun)
Vəzifə öhdəlikləri
- Filialların gündəlik əməliyyatlarının planlaşdırılması, koordinasiyası və nəzarəti
- Biznes proseslərin təhlili, optimallaşdırılması və effektivliyin artırılması
- Texnoloji kartların tətbiqinə nəzarət
- Food Cost və əmək haqqı fondu nisbətlərinin idarə olunması, xərclərin optimallaşdırılması
- Təchizatçılarla münasibətlərin idarə edilməsi
- İşçi seçimi, adaptasiya, təlim və motivasiya proqramlarının həyata keçirilməsi
- KPI-ların müəyyən edilməsi və nəticələrin izlənməsi
- Rəhbərliyə mütəmadi hesabatların hazırlanması
Tələblər
Təhsil və təcrübə
- Ali təhsil (İqtisadiyyat, Biznes idarə edilməsi və ya əlaqəli sahə)
- İctimai iaşə / fast food sahəsində idarəetmə təcrübəsi
- İİKO ERP və ya analoji sistemlərlə iş təcrübəsi
- HACCP və ya İSO qida təhlükəsizliyi biliyi — üstünlük
Peşəkar bacarıqlar
- Maliyyə savadlılığı: Mənfəət-zərər (P&L), maya dəyəri (food cost) hesablaması
- MS Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı
- Analitik düşüncə, problem həll etmə və qərar qəbul etmə bacarığı
Dil bilikləri
- Azərbaycan dili — əla (əsas iş dili)
- Rus dili — üstünlük hesab olunur
- İngilis dili — üstünlük hesab olunur
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Əməliyyat Meneceri — Chicken Project” başlığı ilə göndərin və ya chickenproject.az/karyera bu linkə keçid edərək müraciət formasını doldurun.
Şirkət haqqında
Chicken Project
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AccountingAnalytical ThinkingAudit Support
AccountingAccounts PayableAccounts Receivable
Financial AnalysisRisk ManagementStakeholder Management




