Layihədə işçi heyətinin fəaliyyətinə nəzarət edir və güclü idarəetmə bacarığı tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Restoranların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
- Restoran və filiallarda müəyyən edilmiş iş standartlarının tətbiqini və icrasını yoxlamaq;
- Restoranların zal, mətbəx, kassa, anbar və digər əməliyyat sahələrinin fəaliyyətini monitorinq etmək;
- Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
- Restoran əməkdaşlarının iş proseslərini, davamiyyətini və əmək intizamını izləmək;
- Personalın iş bölgüsü və iş qrafikinin effektiv təşkilinə dəstək olmaq;
- Mətbəx və xidmət proseslərinin texnoloji və əməliyyat standartlarına uyğunluğuna nəzarət etmək;
- Məhsulların qəbulu, saxlanılması, istifadəsi və silinməsi proseslərini monitorinq etmək;
- Anbar qalıqları, məhsul itkisi və sərfiyyat göstəricilərinə nəzarət etmək;
- İnventarizasiya proseslərində iştirak etmək;
- Kassa və satış əməliyyatlarının müəyyən edilmiş prosedurlara uyğunluğunu yoxlamaq;
- Günlük, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasında iştirak etmək;
- Restoranlarda aparılan yoxlamaların nəticələrini təhlil etmək və aşkar edilmiş nöqsanlar üzrə tədbirlər planı hazırlamaq;
- Aşkar edilmiş əməliyyat problemlərinin aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək;
- Restoranlarda sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını izləmək;
- Avadanlıqların texniki vəziyyətini monitorinq etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Yeni filialların açılışı, yenilənməsi və əməliyyat proseslərinin qurulmasında iştirak etmək;
- Şirkətin restoran şəbəkəsində əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- Restoran, iaşə, hotelçilik, pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi;
- Restoran əməliyyatları və filial fəaliyyətinin təşkili barədə praktiki biliklər;
- Güclü təşkilatçılıq və kommunikasiya bacarığı;
- Problemləri operativ müəyyən etmək və həll etmək qabiliyyəti;
- Komanda ilə işləmək və müxtəlif filiallarla effektiv kommunikasiya qurmaq bacarığı;
- Ölkə daxilində regionlara mütəmadi ezamiyyətə getmək imkanı;
İş barədə məlumat:
- İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
- 5 günlük iş qrafiki: 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 100–2 500 ₼ ödəyir, median — 1 500 ₼.
15 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əməliyyat meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Həsən Seyidbəyli küçəsində yerləşir.
İş 5 günlük, saat 09:00-dan 18:00-dəkdir.
Restoran, iaşə, hotelçilik və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi tələb olunur.
Namizədlər öz CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.
Yük daşımalarının təşkilini və icrasını idarə edir, 3 il logistika təcrübəsi tələb olunur.
Onshore boru kəməri layihəsini idarə edir, texniki məsələləri həll edir və 10 ildən çox təcrübə tələb olunur.
Dəniz əməliyyatlarını idarə edir və neft-qaz sahəsində ən azı 5 il təcrübəyə malikdir.




