İnsan Resursları şöbəsini idarə edir və əmək qanunvericiliyini yüksək səviyyədə bilir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- servis istiqamətini və ustalar komandasını idarə etmək;
- əməliyyat proseslərini qurmaq, sistemləşdirmək və təkmilləşdirmək;
- servis əməkdaşlarını işə götürmək və öyrətmək;
- ehtiyatları və satınalmaları planlaşdırmaq;
- mövcud təchizatçılarla işləmək və yeni təchizatçılar tapmaq;
- təchizat prosesinə və logistika tərəfdaşları ilə işə nəzarət etmək;
- təchizatçılarla keyfiyyət və zəmanət məsələlərini həll etmək;
- daxili proseslərin avtomatlaşdırılması üçün imkanlar tapmaq;
- daxili IT məhsulları üçün tələblər hazırlamaq və development komandası ilə işləmək;
- əsas əməliyyat göstəricilərinə nəzarət etmək.
Tələblər
Elektrik velosipedləri və ya texniki sahədə əvvəlki təcrübə mütləq deyil.
Operations, Product və ya Project Management sahəsində təcrübəsi olan namizədlər də bizim üçün uyğundur.
Bizim üçün vacibdir ki, siz:
- sistemli düşünə və uzunmüddətli planlaşdıra biləsiniz;
- yeni mövzuları sürətlə öyrənə biləsiniz;
- nəticəyə görə məsuliyyət götürəsiniz;
- məlumatın kifayət qədər olmadığı hallarda belə müstəqil qərar verə biləsiniz;
- qarışıq prosesləri işlək sistemə çevirə biləsiniz;
- sürətli işləyəsiniz və daimi nəzarətə ehtiyac duymayasınız;
- maraqlı və öyrənməyə açıq olasınız.
İngilis dili — minimum B2, çünki xarici təchizatçılarla mütəmadi ünsiyyət tələb olunur.
Bizim üçün əsas yanaşma
Biz owner mindset olan insan axtarırıq.
Yeni problem yarandıqda sizdən vəziyyəti araşdırmağı, qərar qəbul etməyi və məsələni nəticəyə çatdırmağı gözləyirik.
Qərarın hər dəfə ideal olması vacib deyil. Əsas odur ki, qeyri-müəyyənlik qarşısında dayanmayasınız və işi irəli apara biləsiniz.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Nəqliyyat şöbəsini idarə edir, büdcə və resursların planlanmasını bacarmalıdır.
Home Decor kateqoriyası üzrə məhsul portfelini idarə edir və analitik bacarıq tələb olunur
İstehsalat prosesini idarə edir, optimallaşdırır və keyfiyyətə nəzarət edir, 3-5 il təcrübə tələb olunur.



