Vakansiya haqqında

Təsvir

  • Plan üzrə təhkim olunmuş ərazilərdə yerləşən mağazalarda mütəmadi operativ yoxlamalar həyata keçirmək;
  • Mağaza əməkdaşları tərəfindən törədilən neqativ halları aşkar etmək və birbaşa rəhbərin göstərişlərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Müşahidə kameraları vasitəsilə filiallarda baş verən prosesləri (inkassasiya və kassa əməliyyatları, mal qəbulu, transfer prosesləri və digər əməliyyatlar) izləmək və nəzarətdə saxlamaq;
  • Təhkim olunmuş ərazi üzrə mağazalarda təsdiq edilmiş yoxlama siyahılarına (check-listlərə) uyğun nəzarət tədbirləri həyata keçirmək;
  • Operativ yoxlamalar zamanı aşkar edilmiş uyğunsuzluq və ya neqativ hallarla bağlı məsul şəxslərdən yazılı izahat almaq;
  • Mağazalarda seyflərin və POS-kassaların inventarizasiyasını həyata keçirmək;
  • Ehtiyac yarandıqda obyektlərin təhlükəsizlik tələblərinə və daxili prosedurlara uyğun mühafizəsinin təmin olunması üçün mövcud ehtiyacları müəyyən etmək, aşkar edilmiş nöqsanlar barədə aidiyyəti struktur bölmələrini məlumatlandırmaq və onların aradan qaldırılması prosesini izləmək;
  • Yoxlamaların nəticələri üzrə hesabatlar hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə təhsil üstünlükdür.)
  • Daxili audit, monitorinq , daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir
  • Müşahidə kameraları ilə işləmək və operativ nəzarət prosesləri barədə biliklər;
  • İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə)
  • Avtomobilin olması mütləqdir( B kateqoriyalı sürücülük vəsiqəsi)
  • Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar ödənişi
  • Amortizasiya xərci
  • korporativ nömrə ilə təmin olunur
  • Yanacaq xərci

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
31 avqust 2026

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · Baku
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Novex Group
Middle · 3+ il
Maaş göstərilməyib

Anbar və kassa inventarizasiyalarını təşkil edir, təftiş aparır və hesabat hazırlayır, 3 il təcrübə tələb olunur.

Internal AuditInventory ManagementTeamworkMicrosoft Excel+5
Müraciət etAsan müraciətAsan müraciət
Prime Cotton
Middle · 1–3 ilBərdə
Maaş göstərilməyibSon gün

Daxili nəzarət üzrə mütəxəssis, daxili nəzarət prosedurlarını həyata keçirir və maliyyə sahəsində 1-3 il iş təcrübəsi tələb olunur.

Risk ManagementInternal AuditFinancial AccountingBusiness Process Analysis+7
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Operativ nəzarət üzrə mütəxəssis
Müraciət et