Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
* Elektrikli velosipedlərin texniki vəziyyətinə nəzarət etmək
* Servis prosesinin qurulmasında və inkişafında iştirak etmək
* Nasazlıqları qeydiyyata almaq, səbəblərini analiz etmək və təkrarlanan problemləri müəyyənləşdirmək
* Velosipedlərin təmir tarixçəsini, ehtiyat hissələrinin istifadəsini və texniki statusunu izləmək
* Ustalarla birlikdə diaqnostika və təmir prosesində iştirak etmək
* Təmir və texniki baxış üçün sadə və aydın checklist-lər hazırlamaq
* Yeni gələn velosiped və ehtiyat hissələrinin keyfiyyət yoxlamasında iştirak etmək
* Çin istehsalçıları və digər təchizatçılarla texniki məsələlər üzrə kommunikasiyaya dəstək vermək
* Zəmanət halları, istehsal qüsurları və konstruksiya problemləri üzrə hesabatlar hazırlamaq
* Ehtiyat hissələrinin minimal stok səviyyəsini və sifariş ehtiyaclarını izləmək
* Alternativ ehtiyat hissələri və yeni texniki həllər üzrə araşdırma aparmaq
* Batareyalar, controller, motor, əyləc sistemi, konnektorlar və IoT avadanlıqları üzrə baza səviyyəsində diaqnostika aparmağı öyrənmək
* Gələcəkdə servis komandasının və servis standartlarının qurulmasında iştirak etmək
Tələblər
* Mühəndislik, texniki, mexanika, elektrik, elektronika, avtomatlaşdırma, mexatronika, nəqliyyat mühəndisliyi və ya oxşar sahə üzrə təhsil arzuolunandır
* Texniki düşüncə və problemləri səbəb-nəticə prinsipi ilə analiz etmək bacarığı
* Elektrik, mexanika, batareya, motor və sensor sistemlərinə maraq
* Excel / Google Sheets ilə işləmək bacarığı
* Sadə texniki hesabat yazmaq və məlumatları strukturlaşdırmaq bacarığı
* İngilis dili ən azı texniki sənədləri oxumaq və yazışmalarda iştirak etmək səviyyəsində olmalıdır
* Rus dili üstünlükdür
* Velosiped, skuter, motosiklet, avtomobil, elektronika və ya texniki servis təcrübəsi üstünlükdür
* Əllə işləməkdən və real texnika ilə məşğul olmaqdan çəkinməmək
* Öyrənməyə açıq olmaq və uzunmüddətli inkişaf istəyi
* Səliqəli, məsuliyyətli və sistemli yanaşma
Bu vakansiya xüsusilə aşağıdakı şəxslər üçün uyğundur:
* Gənc mühəndislər
* Yeni məzun olmuş texniki ixtisas sahibləri
* Elektronika, mexanika, robototexnika və ya avtomatlaşdırma ilə maraqlanan şəxslər
* Velosiped/skuter/moped texnikasını öyrənmək istəyən texniki düşüncəli namizədlər
* Startap mühitində real texniki sistem qurmaq istəyən insanlar
* Sadəcə icraçı yox, gələcəkdə istiqamət rəhbəri olmaq istəyən namizədlər
Şirkət haqqında
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.




