Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Nə təklif edirik?
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Təhkim olunduğu bina və villaların idarə edilməsi;
- Binaların idarə edilməsi və xidmət işinin təşkili ilə əlaqədar tabeçiliyində olan texniki, bağban və təmizlik işçilərinə tapışırıqlar vermək, icrasına nəzarət etmək;
- Binalarda gedən proseslər, müxtəlif idarələrdən binalara göndərilən nümayəndələr haqqında rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq;
- Bina ərazisində texniki xidmətə aid sənədləri tələb olunan qaydada tərtib etmək;
- 1C proqramı vasitəsi ilə tələb olunan mal-material və servislərin sifarişlərin verilməsi və icrasına nəzarət;
- Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq;
- Binalarda istifadə olunan su, qaz və elektrik sərfiyyatına nəzarət etmək;
- Tabeçiliyində olan heyətin davamiyyəti və nizam-intizamına daim nəzarət etmək.
Tələblər:
- İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- Microsoft Word, Excel proqramlarını bilməli;
- Yüksək təşkilatçılıq bacarıqları.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Naxçıvan MR
- İşçi telefon danışığı ilə təmin edilir.
Xahiş olur CV-lərinizi ”Koordinator” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Şirkət haqqında

Foton MMC – Dəyər üzərində qurulmuş xidmət mədəniyyəti

Foton MMC, yüksək səviyyəli bina idarəetməsi və istismarı xidmətlərini təmin edən ixtisaslaşmış şirkətdir. Şirkətimizin əsas vəzifəsi – mükəmməl xidmət keyfiyyəti, operativ dəstək və təhlükəsizlik əsaslı yanaşma tətbiq etməklə regionlarda yerləşən yaşayış sahələrində sabit və davamlı idarəetmə mühiti yaratmaqdır.

Foton, öz fəaliyyətini maksimum diskretlik, peşəkarlıq və etibarlılıq prinsipləri üzərində qurur. Geniş fəaliyyət sahəsinə texniki istismar, təmizlik, landşafta qulluq, təhlükəsizlik, CAPEX/OPEX layihələrinin idarə olunması daxildir.

VİZYONUMUZ

Yaşayış binalarında kompleks idarəetmə və texniki istismarı effektiv sistem çərçivəsində birləşdirərək, təhlükəsizlik, dayanıqlılıq və operativliyi təmin edən innovativ və etibarlı xidmət modeli formalaşdırmaq.

MİSSİYAMIZ

İdarəetmədə olan yaşayış və xidməti sahələrdə fasiləsiz texniki istismar, təhlükəsizliyi yüksək məsuliyyət və peşəkarlıqla həyata keçirməklə funksional və dayanıqlı istismar mühitinin saxlanılmasına və davamlı inkişafına töhfə vermək.

FOTON MMC 400 nəfərdən ibarət ixtisaslı işçi heyəti ilə fəaliyyət göstərir.

Foton — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.