Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Filialın gündəlik fəaliyyətini və iş proseslərini təşkil etmək və idarə etmək;
  • Filial üzrə satış planlarının və müəyyən edilmiş hədəflərin icrasını təmin etmək;
  • Satış nəticələrini təhlil etmək və satışların artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Filial əməkdaşlarının iş bölgüsünü aparmaq, fəaliyyətlərini koordinasiya və nəzarət etmək;
  • İşçilərin performansını qiymətləndirmək və inkişaflarına dəstək olmaq;
  • Müştəri xidmətinin şirkət standartlarına uyğun təşkilinə nəzarət etmək;
  • Müştəri məmnuniyyəti və loyallığının artırılması üçün tədbirlər görmək;
  • Məhsulların filialda düzgün yerləşdirilməsinə, vitrinlərin və satış sahəsinin standartlara uyğunluğuna nəzarət etmək;
  • Kassa əməliyyatlarının və maliyyə intizamının düzgün aparılmasına nəzarət etmək;
  • Filialın daxili intizam qaydalarına və şirkətin prosedurlarına əməl olunmasını təmin etmək;
  • Kampaniya və satış aksiyalarının filialda düzgün icrasını təşkil etmək;
  • Rəhbərliyə filialın fəaliyyəti, satış göstəriciləri və mövcud problemlər barədə müvafiq hesabatlar təqdim etmək;
  • Filialın fəaliyyətinin səmərəliliyinin artırılması və şirkətin ümumi biznes hədəflərinə nail olunması istiqamətində təkliflər vermək.

Namizədə tələblər

  • Ali təhsil;
  • Satış və ya mağaza idarəçiliyi sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir;
  • Rəhbərlik və komanda idarəetmə bacarığı;
  • Satış göstəricilərinin təhlili və planlaşdırılması bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, intizamlı və operativ qərar qəbul etmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq;
  • Rus dili və ingilis dilini yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarında işləmək bacarığı;

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Peşəkar komanda
  • İnkişaf və karyera imkanları
  • Elektronika sahəsində peşəkar inkişaf imkanı
  • İş yeri: ByTelecom MMC
  • İş rejimi: 6 günlük iş qrafiki
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Mövzu hisssəsində “Filial müdiri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
15 oktyabr 2026

Şirkət haqqında

By Telecom
Retail · Baku
By Telecom — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Ramada Plaza by Wyndham Gəncə
Senior · 5–8 ilBakı
Maaş göstərilməyib

Satış strategiyasını hazırlayan, müştəri və rəqib analizini həyata keçirən, CRM bilikləri tələb olunur.

ReportingSales Strategy DevelopmentPlanningSales analysis+13
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Filial müdiri
Müraciət et