Rəhbərin gündəlik fəaliyyətini dəstəkləmək üçün yüksək təşkilatçılıq bacarıqlarına malik Executive Assistant axtarılır.
Vakansiya haqqında
Peşəkar komandamıza rəhbərliyin gündəlik fəaliyyətinə dəstək göstərəcək, yüksək təşkilatçılıq bacarıqlarına malik Executive Assistant axtarırıq.
Namizədə tələblər:
- Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi – mütləqdir
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis və rus dili biliyi tələb olunur.- mütləqdir
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək – mütləqdir
- Güclü ünsiyyət, planlama və koordinasiya bacarıqları
- Məxfi məlumatlarla peşəkar şəkildə işləmək bacarığı
- Operativ, məsuliyyətli və detallara diqqətli olmaq
Əsas vəzifələr:
- Rəhbərin iş qrafikinin, görüşlərinin və ezamiyyətlərinin planlaşdırılması;
- Rəsmi yazışmaların və biznes korespondensiyasının idarə olunması;
- Hesabatların, təqdimatların və digər sənədlərin hazırlanması;
- Daxili və xarici tərəfdaşlarla effektiv koordinasiyanın təmin edilməsi;
- Rəhbərliyin inzibati və təşkilati işlərinə tam dəstək göstərilməsi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Executive Assistant" başlığı ilə göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında
1996-cı ildə yarandığı gündən MCG mühəndis komandası ilə fərgli dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə məşgul olur. İşçi heyətimiz aşağıdakı sahələr üzrə xidmət göstərmək üçün təcrübəli və tam ixtisaslıdır: - Elektrik / Cihazlar /…
Modern Construction Group — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Material tələbatı analizinə və istehsal planlamasına dəstək olmaq tələb olunur.
Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur



