Təqib departamentinin fəaliyyətini idarə edir və problemli kreditlərin idarə olunmasında təcrübə tələb olunur
Vakansiya haqqında
Şirkətimiz sendviç panel istehsalı sahəsində çalışacaq, bu istiqamətdə praktiki təcrübəyə və peşəkar biliyə malik İstehsalat Meneceri axtarır.
Vəzifə öhdəlikləri
- Sendviç panel istehsal prosesinin tam idarə olunması və koordinasiyası;
- İstehsalat xəttinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi;
- Gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanması və icrasına nəzarət;
- İstehsalat prosesində xammal, material və digər resurslardan səmərəli istifadə olunmasına nəzarət;
- Məhsulun keyfiyyət göstəricilərinin müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
- İstehsalat zamanı yaranan texniki və texnoloji problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli;
- İstehsalat işçilərinin iş bölgüsünün aparılması və komandanın idarə edilməsi;
- İstehsalat göstəricilərinin, məhsuldarlığın və itkilərin mütəmadi təhlili;
- İstehsalat xərclərinin və tullantıların minimuma endirilməsi istiqamətində tədbirlərin görülməsi;
- Avadanlıqların düzgün istismarına və texniki vəziyyətinə nəzarət;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər
- Sendviç panel istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Sendviç panel istehsal texnologiyası və istehsalat xəttinin iş prinsipi barədə praktiki bilik;
- İstehsalat proseslərini idarə etmək və optimallaşdırmaq bacarığı;
- İstehsalat kollektivi ilə işləmək və komanda idarəetmə bacarığı;
- Texniki problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- Analitik düşünmə və qərarvermə bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı arzuolunandır;
- Ali və ya orta ixtisas təhsili.
İş şəraiti
- İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi
- İş qrafiki: 5 günlük
- KPİ dəyərləndirmə əsasında bonus;
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Qeyd: Yalnız sendviç panel istehsalı üzrə real praktiki təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Tələblərə cavab verən namizədlərdən CV-lərini “İstehsalat Meneceri – Sendviç Panel” başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Satış üzrə bölgə fəaliyyətini idarə edir və ən azı 3 il satış təcrübəsi tələb olunur
Tədris mərkəzinin gündəlik idarəetməsini və komanda koordinasiyasını həyata keçirir, idarəetmə təcrübəsi tələb olunur
İstehsalat prosesini idarə edir, optimallaşdırır və keyfiyyətə nəzarət edir, 3-5 il təcrübə tələb olunur.


