Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • İstehsalat sifarişlərinin layihə və texniki çertyojlara uyğun icrasını təmin etmək.
  • Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyənləşdirmək, işlərin mərhələlər üzrə planlaşdırılmasında iştirak etmək.
  • Memar, usta, qaynaqçı, şkulkaçı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını təmin etmək.
  • Hər bir layihə və iş mərhələsi üzrə nəzərdə tutulan vaxtlara nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək.
  • Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü koordinasiya etmək, prioritetləri müəyyənləşdirmək və istehsalatın fasiləsiz işini təmin etmək.
  • Xammal, material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək.
  • Material sərfiyyatını hesablamaq, itkiləri minimuma endirmək və istehsalat xərclərinə nəzarət etmək.
  • Anbar, satınalma, layihələndirmə və quraşdırma komandaları ilə koordinasiyanı təmin etmək.
  • Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
  • İşçi heyətinin fəaliyyətini təşkil etmək, iş təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək.
  • İstehsalatın məhsuldarlığı və material sərfiyyatı üzrə hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Müvafiq sahədə 5 il təcrübə.
  • İstehsalat proseslərinin vaxt üzrə planlaşdırılması, işçi resurslarının düzgün bölüşdürülməsi və icra müddətlərinə nəzarət bacarığı.
  • Bir neçə layihənin eyni vaxtda idarə olunması, hər bir layihə üzrə iş mərhələlərinə və əməkdaşların sərf etdiyi vaxta nəzarət etmək bacarığı.
  • İş həcminə əsasən layihə üzrə əmək və vaxt resurslarının müəyyənləşdirilməsi və optimallaşdırılması bacarığı.
  • Anbar uçotu, materialların hərəkəti və inventarizasiya prosesləri haqqında biliklər.
  • İstehsalat və anbar proqramlarında işləmək bacarığı.
  • MS Excel proqramında cədvəllər, formulalar, material uçotu və hesabatlarla işləmək bacarığı.
  • ERP sistemləri, 1C: ERP, 1C: Anbar ilə işləmək bacarığı üstünlükdür.
  • AutoCAD proqramında texniki çertyojları oxumaq və yoxlamaq bacarığı.
  • İstehsalat avadanlıqları, materiallar və texnoloji proseslər haqqında biliklər.
  • Rəhbərlik, operativ qərarvermə, planlaşdırma və problem həll etmə bacarıqları.
  • Yüksək məsuliyyət, dəqiqlik və analitik düşüncə.

İş şəraiti:

  • Qrafik: 6\1
  • Ünvan: Kənd Əhmədli
  • Əmək haqqı: 1000-2000 AZN

Qeyd: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.

Müraciət üçün CV faylınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 051 240 06 06 nömrəsinə İstehsalat rəisi başlığı ilə göndərməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Kənd Əmədli
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–2 000 ₼
Yerləşdirilib
7 oktyabr 2026
Son tarix
7 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
56

Maaş bazarla müqayisədə

İstehsalat rəhbəri üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 1 000–2 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

22 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat rəhbəri kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Kənd Əhmədli ərazisindədir.

İş qrafiki həftədə 6 gün, 1 gün istirahət olmaqla təşkil olunur.

Əmək haqqı 1000-2000 manat aralığındadır, sınaq müddətində minimum məbləğ ödənilir.

Bəli, sınaq müddəti var və uğurla başa çatdıqdan sonra əmək haqqı yenidən müəyyən edilir.

5 il təcrübə, layihələrin idarə olunması, resursların bölüşdürülməsi və texniki çertyojları oxumaq bacarığı tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.

Max Print
Manager · 5+ ilBakı
2 000₼2 gün qalıb

Çöl reklamı istehsalını təşkil edir, planlaşdırır və istehsalat prosesini idarə edir, 5 il təcrübə tələb olunur.

Project ManagementLarge format printing technologyProduction PlanningMicrosoft Office+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
IRES
Senior · 12+ ilBakı
Maaş göstərilməyib

Canlı xəbər istehsalını idarə edir və ən azı 12 il təcrübəsi tələb olunur.

Team ManagementProduction PlanningBudget ManagementShift Scheduling
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
ATS Mill MMC
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Un istehsalı prosesinə nəzarət edir və istehsalat sahəsində minimum 1 il təcrübəsi var

Quality ControlSanitation and hygiene complianceReport PreparationTeam Leadership+7
Müraciət et
Bütün oxşar vakansiyalar
1 000–2 000 ₼
İstehsalat rəhbəri
Müraciət et