İstehsal proseslərini idarə edir və minimum 2 il təcrübəsi olan xanım tələb olunur.
Vakansiya haqqında
Yerinə yetirəcəyi işlər
- Çayın qəbulundan başlayaraq emal, qarışdırma, çeşidləmə, qablaşdırma və hazır məhsulun buraxılışına qədər istehsal prosesini təşkil etmək.
- İstehsal planının hazırlanmasını və yerinə yetirilməsini təmin etmək.
- İstehsalat işçilərinin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və növbələri təşkil etmək.
- İstehsal avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək.
- Xammalın və hazır məhsulun keyfiyyətinə nəzarət etmək.
- İstehsal zamanı texnoloji proseslərə və müəssisənin müəyyən etdiyi standartlara riayət olunmasını təmin etmək.
- Xammal, qablaşdırma materialları və digər resursların səmərəli istifadəsinə nəzarət etmək.
- İstehsalatda yaranan nasazlıq, itki, gecikmə və digər problemlərin aradan qaldırılmasını təşkil etmək.
- İstehsal göstəricilərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək.
- Məhsul itkisini azaltmaq, məhsuldarlığı artırmaq və istehsal xərclərini optimallaşdırmaq üçün tədbirlər görmək.
- Yeni məhsulların və ya yeni texnoloji proseslərin tətbiqində iştirak etmək.
Tələblər
Biliklər
- Çay istehsalı və emalı texnologiyası
- Qida təhlükəsizliyi və HACCP prinsipləri
- Keyfiyyətə nəzarət və qida standartları
- İstehsal proseslərinin planlaşdırılması və idarə edilməsi
- İstehsal avadanlıqları və texniki təhlükəsizlik
Yumşaq bacarıqlar
- Planlama;
- Komanda idarəetməsi;
- Təşkilatçılıq;
- İntizam və nəzarətçilik;
- İnkişaf yönümlülük;
Təhsil - Qida mühəndisliyi, Qida texnologiyaları sahələri üzrə ali təhsil
İş stajı - Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi.
Dil bilikləri - Azərbaycan dili (əla), ingilis və rus dilləri əlavə üstünlükdür
Komyuter bilikləri - Microsoft Office (yaxşı),
İş şəraiti
- İş rejimi: 5 günlük, 08:00-17:00
- İş yeri: Astara rayonu, Kakalos kəndi
Əlavə imtiyazalar
- Korporativ nömrə
- Nahar Yeməyi
- Tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər (“İstehsalat sahəsinin rəisi” başlığı ilə göndərməyiniz xahiş olunur)
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 850–1 100 ₼ ödəyir, median — 950 ₼.
14 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaŞirkət haqqında
Astara Rayonunun Çayoba kəndi ərazisində yerləşən Green Plant MMC-yə məxsus "Astaraçay" Brendi Lənkəran və Astara rayonları ərazisində 1932-ci ildən etibarən əkilən plantasiyalardan toplanan premium Azərbaycan çayıdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Astara rayonu, Kakalos kəndidir.
İş rejimi həftədə 5 gün, saat 08:00-dan 17:00-dəkdir.
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
Korporativ nömrə, nahar və tibbi sığorta təklif olunur.
Namizəd CV-ni “İstehsalat sahəsinin rəisi” başlığı ilə elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Astarada digər açıq elanlar.
Canlı xəbər istehsalını idarə edir və ən azı 12 il təcrübəsi tələb olunur.
Su istehsalı və doldurma prosesini idarə edir, texniki avadanlıq və komanda bacarığı tələb olunur.
İstehsalat proseslərini idarə edir və planlaşdırma bacarığı tələb olunur.




