Süd məhsulları kateqoriyası üzrə istehsalat və satınalma müdiri

OBA Marketlər şəbəkəsi

Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Süd məhsulları kateqoriyasındakı (süd, qaymaq, xama, qatıq, kefir, ayran, kəsmik, pendir, yağ və digər süd məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların süd xammalını, yağlılıq faizini, zülal və quru maddə göstəricilərini, starter kulturaları, stabilizator və digər texnoloji komponentləri, həmçinin formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, konsistensiya, yağlılıq, pH, quru maddə və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Süd və süd məhsullarının istehsalında istifadə olunan xammal növlərini, keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın dəyişdirilməsi və ya keyfiyyətinin aşağı salınması nəticəsində yarana biləcək risklərin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Süd məhsulları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, yerli və xarici istehsalçı və təchizatçıları qiymətləndirmək, kommersiya baxımından şirkətə ən optimal gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: Süd xammalı, digər xammallar, qablaşdırma, istehsal, enerji, soyuq zəncir və logistika xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Süd məhsullarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə).
  • Təcrübə: Pərakəndə satış (Retail), FMCG və ya qida sektorunda Satınalma / Kateqoriya idarəedilməsi (Süd və süd məhsulları sahəsində birbaşa istehsalatda/süd zavodunda texnoloq, istehsalat və ya keyfiyyət) üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və Bazar Biliyi: Həm süd sənayesinin istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək.
  • Süd xammalı üzrə bilik: Südün yağlılıq, zülal, quru maddə, turşuluq və digər əsas keyfiyyət göstəricilərini, südün qəbul və saxlanma şərtlərini, həmçinin müxtəlif süd məhsullarının istehsal texnologiyalarını praktiki səviyyədə bilmək.
  • Keyfiyyət və qida təhlükəsizliyi: Süd məhsullarında mikrobioloji təhlükələr, BRCGS, FSSC 22000, ISO 22000, HACCP prinsipləri, soyuq zəncir, sanitariya-gigiyena tələbləri və məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici süd məhsulları istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Huseyn Javid ave. 202, Blok D
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
1 noyabr 2026
Baxış
13

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 850–1 100 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat rəhbəri kimi öz maaşını yoxla

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · Baku
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Ali təhsil tələb olunur, xüsusilə Qida mühəndisliyi, Qida texnologiyası və ya əlaqəli sahələrdə.

Minimum 5 il təcrübə, 2 il rəhbər vəzifədə olmalıdır.

İş yeri Bakı şəhərindədir.

Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili mütləqdir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.

"FBC" MMC
Junior · 1+ ilBakı
700–1 000₼

Boya rənglərini tutmaq və qazan başında boya istehsalını idarə etmək bacarığı tələb olunur.

Quality ControlPhysical StaminaPaint mixingColor Matching+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
IRES
Senior · 12+ ilBakı
Maaş göstərilməyib

Canlı xəbər istehsalını idarə edir və ən azı 12 il təcrübəsi tələb olunur.

Team ManagementProduction PlanningBudget ManagementShift Scheduling
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Süd məhsulları kateqoriyası üzrə istehsalat və satınalma müdiri
Müraciət et