Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət üzrə Rəhbər

Amina and S Group

Yerləşmə
Azərbaycan
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
22 avqust 2026

Bacarıqlar və texnologiyalar

Vakansiya haqqında

Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət üzrə Rəhbər

Vəzifə və öhdəliklər:

  • Layihə üzrə keyfiyyətə nəzarət sisteminin qurulmasını, tətbiqini və davamlı təkmilləşdirilməsini təmin etmək;
  • Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və əməkdaşların işinə rəhbərlik etmək;
  • Layihənin keyfiyyət planlarının, yoxlama və sınaq planlarının (ITP), metod bəyanatlarının və digər keyfiyyət sənədlərinin hazırlanmasına və icrasına nəzarət etmək;
  • Layihə üzrə bütün tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, müqavilə, standart və normativ sənədlərə uyğun icra olunmasını təmin etmək;
  • Materialların, avadanlıqların və görülən işlərin keyfiyyət göstəricilərinin yoxlanılmasına və qəbul prosesinə nəzarət etmək;
  • Təchizatçılar və subpodratçıların keyfiyyət tələblərinə uyğun fəaliyyətini qiymətləndirmək və nəzarətdə saxlamaq;
  • Uyğunsuzluqların müəyyən edilməsi, səbəblərinin araşdırılması, düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • Sahədə aparılan yoxlamaları, inspeksiyaları və sınaqları koordinasiya etmək, nəticələrin düzgün sənədləşdirilməsini təmin etmək;
  • Müştəri, texniki nəzarət, layihə rəhbərliyi və digər aidiyyəti tərəflərlə keyfiyyət məsələləri üzrə əlaqələri idarə etmək;
  • Keyfiyyət hesabatlarının hazırlanmasını, təqdim edilməsini və arxivləşdirilməsini təmin etmək;
  • Daxili və xarici auditlərin keçirilməsini təşkil etmək və audit nəticələri üzrə tədbirlər planının icrasına nəzarət etmək;
  • Şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və qiymətləndirmələr aparmaq;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərin keyfiyyət proseslərində tətbiqinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • Layihə üzrə Keyfiyyət İdarəetmə Sisteminin (QMS) ISO 9001:2015 standartının tələblərinə uyğun tətbiqini, monitorinqini və davamlı təkmilləşdirilməsini təmin etmək;
  • Keyfiyyət siyasətinin, prosedurların, təlimatların, proseslərin və digər keyfiyyət idarəetmə sənədlərinin hazırlanmasını, yenilənməsini və tətbiqini təşkil etmək;
  • Layihə üzrə keyfiyyət məqsədlərinin və əsas performans göstəricilərinin (KPI) müəyyən edilməsini, monitorinqini və qiymətləndirilməsini təmin etmək;
  • Risk və imkanların qiymətləndirilməsi prosesində iştirak etmək, keyfiyyət risklərinin azaldılması üçün tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
  • Layihə üzrə dərslərin öyrənilməsi (Lessons Learned), kök səbəb analizinin (Root Cause Analysis) aparılmasını və davamlı təkmilləşdirmə fəaliyyətlərini koordinasiya etmək;
  • Sənədlərin idarə olunması prosesinə nəzarət etmək, keyfiyyət qeydlərinin düzgün saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
  • Keyfiyyət mədəniyyətinin formalaşdırılması məqsədilə əməkdaşlar üçün keyfiyyət üzrə maarifləndirmə və təlimlərin təşkil edilməsini təmin etmək;
  • İdarəetmənin təhlili (Management Review) üçün keyfiyyət göstəricilərinin hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
  • Layihə üzrə təchizatçı və subpodratçıların keyfiyyət fəaliyyətinin monitorinqini aparmaq, performansını qiymətləndirmək və inkişaf tədbirlərini həyata keçirmək.

Tələblər:

  • İnşaat mühəndisliyi, mülki tikinti və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Tikinti sahəsində keyfiyyətə nəzarət istiqamətində minimum 10 il, rəhbər vəzifədə isə ən azı 5 il iş təcrübəsi;
  • ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə biliklər və praktiki tətbiq təcrübəsi;
  • Beynəlxalq və yerli tikinti norma və standartlarını (ASTM, ASME, API, EN, ISO və s.) bilmək;
  • Tikinti materialları, qaynaq, beton, armatur, boru və metal konstruksiya işləri üzrə keyfiyyət tələblərini bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;
  • NDT, CSWIP, BGAS, ISO 9001 Lead Auditor və ya digər sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Güclü liderlik, analitik düşünmə, qərarvermə və komanda idarəetmə bacarığı.

İş şəraiti:

  • Həftədə 2 gün istirahət.
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Keyfiyyətə Nəzarət Şöbəsinin Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

QA/QC Lead

Duties and Responsibilities

  • Establish, implement, maintain, and continually improve the Project Quality Management System.
  • Plan, organize, and supervise the activities of the QA/QC Department.
  • Develop, review, and implement Project Quality Plans, Inspection and Test Plans (ITPs), Method Statements, procedures, and other quality documentation.
  • Ensure all construction and installation activities comply with approved drawings, contract requirements, project specifications, codes, and standards.
  • Supervise inspections and acceptance of materials, equipment, and completed works.
  • Evaluate and monitor suppliers and subcontractors to ensure compliance with project quality requirements.
  • Identify non-conformities, investigate root causes, and ensure the implementation of corrective and preventive actions.
  • Coordinate site inspections, testing, and quality surveillance activities while ensuring accurate documentation.
  • Liaise with clients, consultants, project management, and other stakeholders on quality-related matters.
  • Ensure timely preparation, submission, and maintenance of quality reports and records.
  • Plan and coordinate internal and external quality audits and monitor the implementation of corrective actions.
  • Develop the competency of QA/QC personnel by identifying training needs and conducting performance evaluations.
  • Ensure quality activities comply with health, safety, and environmental requirements.
  • Perform any other duties assigned by management.

Quality Assurance Responsibilities

  • Ensure the Project Quality Management System (QMS) is implemented, monitored, and continually improved in accordance with ISO 9001:2015.
  • Develop, review, update, and implement quality policies, procedures, work instructions, and other QMS documentation.
  • Establish and monitor project quality objectives and Key Performance Indicators (KPIs).
  • Participate in risk and opportunity assessments and implement actions to mitigate quality risks.
  • Coordinate Lessons Learned activities, Root Cause Analysis (RCA), and continual improvement initiatives.
  • Ensure proper document control and maintenance of quality records.
  • Promote a quality culture by organizing quality awareness and training programs.
  • Prepare quality performance reports and management review inputs.
  • Monitor and evaluate supplier and subcontractor quality performance and implement improvement actions.

Qualifications

  • Bachelor's degree in Civil Engineering, Construction Engineering, or another relevant discipline.
  • Minimum 10 years of QA/QC experience in the construction industry, including at least 5 years in a managerial position.
  • Practical knowledge and experience in implementing ISO 9001:2015 Quality Management Systems.
  • Strong knowledge of international and local construction standards, including ASTM, ASME, API, EN, ISO, and related codes.
  • Knowledge of quality requirements for construction materials, welding, concrete, reinforcement, piping, and structural steel works.
  • Proficiency in Microsoft Office applications.
  • Fluent in Azerbaijani; English and Russian language skills are considered an advantage.
  • International certifications such as NDT, CSWIP, BGAS, ISO 9001 Lead Auditor, or equivalent are preferred.
  • Strong leadership, analytical thinking, decision-making, and team management skills.

Working Conditions

  • Work Schedule: Five-day working week (two days off).
  • Salary: To be determined based on the interview.

Qualified candidates are invited to send their CVs to the e-mail address in the Apply for job button with the subject line "QA/QC Lead".

Şirkət haqqında

Amina and S Group
Tikinti, İnfrastruktur tikintisi · Baku

AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir. Şirkətimiz tikinti, boru kəməri işləri, qaynaq, yol tikintisi, sənaye layihələri, MEP, dizayn və təchizat sahələrində peşəkar xidmətlər göstərir və müştərilər üçün kompleks həllər təqdim edir. Sənaye seqmentində AMINA AND S GROUP SOCAR-ın etibarlı podratçısı kimi tanınır. Portfelimizə Heydər Əliyev Neft Emalı Zavodu (HAOR), SOCAR Karbamid Zavodu, SOCAR Qaz Emalı Zavodu və SOCAR Polymer kimi strateji obyektlərdə texniki xidmət, təmir və modernizasiya işləri daxildir. Bu təcrübə bizə neft-qaz sənayesində yüksək standartlara uyğun xidmət göstərmək və mühüm sənaye müəssisələrinin dayanıqlı işləməsinə dəstək olmaq imkanı verir. Şirkətimizin əsas üstünlükləri güclü komanda ruhu, etibarlılıq və peşəkarlıqdır. Bizim prinsipimiz sadədir: “Sifarişçilərimizdən növbəti layihələrini bizə həvalə etmək istəyi yaratmaq.” Bu yanaşma sayəsində uzunmüddətli tərəfdaşlıqlar qurmuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uğurla böyümüşük. AMINA AND S GROUP-un beynəlxalq şəbəkəsi də genişlənməkdədir. Şirkətin Rumıniyada və Moldovada filialları fəaliyyət göstərir, Türkiyədə isə artıq təsis olunmuş hüquqi qurumumuz var. Bu beynəlxalq mövcudluq bizə müxtəlif regionlarda layihələr həyata keçirməyə və müştərilərimizi ehtiyac duyduqları yerdə dəstəkləməyə imkan verir. Əsas dəyərlərimiz: etibar, peşəkarlıq, fədakarlıq və bir komanda prinsipi. Bizim üçün uğur yalnız layihələrin uğurla başa çatdırılması deyil, həm də insanlara dəyər qatmaq və uzunmüddətli inkişafı təmin etməkdir.

Amina and S Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət üzrə Rəhbər
Müraciət et