Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin (prosedur, reqlament, təlimat və s.) hazırlanmasında, yenilənməsində və reviziya (yenidən baxılma) prosesində aktiv iştirak etmək;
Baş vermiş uyğunsuzluqlar və daxil olan şikayətlər üzrə aparılan araşdırmaların nəticələrinə əsasən, müəyyən olunmuş düzəldici və önləyici tədbirlərin icrasına nəzarət etmək;
Risklərin reyestrini hazırlamaq, mütəmadi yeniləmək və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Rəhbərlik tərəfindən müəyyən olunmuş strateji məqsədlərin icrasında və hədəflərə çatılmasında iştirak etmək;
Proseslər üzrə müəyyən olunmuş səmərəlilik göstəricilərini (KPI) faktiki göstəricilərlə müqayisə etmək, təhlil aparmaq və nəticələrə dair hesabatlar hazırlamaq;
Daxili auditlərin keçirilməsində, həmçinin dövlət və xarici təşkilatlar (sertifikasiya qurumları) tərəfindən keçirilən xarici yoxlamalara hazırlıq işlərində iştirak etmək;
İMS rəhbər sənədlərinin ISO 9001 (və digər tətbiq olunan ISO) standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri dəyişiklikləri icra etmək;
Görülmüş işlər üzrə dövri hesabatlar və vizual təqdimatlar hazırlamaq, rəhbərliyə təqdim etmək.
Əmək şəraiti:
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keç