Avtomobil logistikası üzrə təcrübə proqramı (ödənişli)

Trade Group Company

Vakansiya haqqında

Trade Group Company və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə avtomobil logistikası sahəsində peşəkar karyera qurmaq istəyən dinamik gənclər üçün ödənişli təcrübə proqramına start verilir!

Proqram 2 ay davam edəcək və bu müddət ərzində iştirakçılara həm nəzəri təlimlər keçiriləcək, həm də real iş mühitində praktiki tapşırıqlar həvalə olunacaq.

Proqram Ərzində Öyrənəcəyiniz Və İcra Edəcəyiniz Vəzifə Öhdəlikləri:

  • Logistika bazarının analizi və potensial korporativ müştəri bazasının formalaşdırılması;
  • Şirkətlərlə ilkin əlaqələrin qurulması (soyuq zənglər və rəsmi yazışmaların aparılması);
  • Korporativ müştərilərlə görüşlərin keçirilməsi və logistika xidmətlərinin təqdimatının aparılması;
  • Beynəlxalq yükdaşımaların həyata keçirilməsi və logistika əməliyyatlarına nəzarət mexanizmlərinin mənimsənilməsi;
  • İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması prinsiplərinin öyrənilməsi;
  • Məlumatların sistemə düzgün daxil edilməsi, daxil olan müraciətlərin qeydə alınması və cavablandırılması.

Namizədə Dair Tələblər:

  • Təhsil: Bakalavr və ya Magistratura məzunu (hazırda tələbə olan şəxslər müraciət edə bilməz);
  • İxtisas üstünlüyü: Logistika üzrə təhsil almış və karyerasını bu sahədə qurmaq istəyən namizədlərə üstünlük veriləcək;
  • Yaş həddi: 21–30 yaş;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində səlis danışıq və yazışma bacarığı (mütləqdir), Rus dili biliyi (arzuolunandır);
  • Kompüter bilikləri: MS Office (Excel, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və ilkin əlaqə qurma bacarıqları;
  • Məsuliyyətli, diqqətli, öyrənməyə və inkişaf etməyə yüksək həvəsi olan;
  • Verilən tapşırıqları zamanında və dəqiqliklə icra etmək qabiliyyəti.

İş Şəraiti Və Təkliflərimiz:

  • Müddət: 2 ay (Təlim və praktiki dərslər);
  • Aylıq Təqaüd: 200 AZN;
  • İş qrafiki: Həftənin 1–5-ci günləri, saat 09:00 – 18:00;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu;
  • Rahat və modern ofis mühiti;
  • Logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar təcrübə qazanmaq imkanı;
  • Sertifikat: Təlimi bitirən bütün iştirakçılara DMA (Dövlət Məşğulluq Agentliyi) və Trade Group Company tərəfindən rəsmi sertifikat veriləcək;
  • Karyera imkanı: Təlimi bitirənlərdən ən yaxşı nəticə göstərən şəxs şirkətdə işlə təmin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Avtomobil Logistikası – Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Nərimanov rayonu
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
24 oktyabr 2026
HRX ilə müraciət
4
Baxış
22

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Logistika mütəxəssisi üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 950 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

22 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Logistika mütəxəssisi kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Nərimanov rayonundadır.

Həftənin 1–5-ci günləri, saat 09:00 – 18:00 işləmək tələb olunur.

Proqram 2 ay davam edir və həm nəzəri, həm praktiki təlimləri əhatə edir.

Bakalavr və ya Magistratura məzunu olmalıdır, hazırda tələbə olanlar müraciət edə bilməz.

Azərbaycan və İngilis dillərində səlis danışıq və yazışma bacarığı mütləqdir, Rus dili arzuolunandır.

CV-ni mövzu hissəsində "Avtomobil Logistikası – Təcrübə Proqramı" qeyd etməklə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Logistika mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Vahus Logistics
JuniorBakı
600–700₼

Dəmir yolu daşımalarını təşkil edir və optimal marşrutları seçmək üçün rus dilini bilir.

Cost CalculationNegotiationBusiness CorrespondenceRoute Optimization+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Beynəlxalq daşımaların təşkilində iştirak edir və logistika sahəsində yüksək səviyyədə Excel bacarığı tələb olunur.

International TransportationCargo TrackingDocument preparationCustomer Communication+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Mobil Group
Middle · 1–3 ilBakı
1 000–1 500₼

Beynəlxalq daşımaların koordinasiyasını və gömrük proseslərini idarə etmək üçün logistika üzrə mütəxəssis.

Cost OptimizationReport PreparationNegotiationInternational freight coordination+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Avtomobil logistikası üzrə təcrübə proqramı (ödənişli)
Müraciət et