Vakansiya haqqında

Namizədə tələblər

  • Cinsi: Kişi və ya qadın
  • Yaş həddi: 25–40 yaş
  • Təhsil: Minimum orta ixtisas və ya orta təhsil, ali təhsil üstünlükdür.
  • Anbar əməliyyatları, qeydiyyat və ya ERP sistemləri ilə işləmə sahəsində minimum 1 il iş təcrübəsi.
  • ERP sistemi və MS Office proqramları ilə işləmək bacarığı.
  • İngilis və rus dili bilikləri arzuolunandır.

Tələb olunan bacarıqlar

  • Məişət avadanlıqları (soyuducu, paltaryuyan, qabyuyan və digər məişət texnikaları) haqqında ilkin anlayışa malik olmalıdır.
  • ERP sistemi və ofis proqramlarından sərbəst istifadə etməlidir.
  • Nizam-intizamlı olmalıdır.
  • Komanda ilə işləmək bacarığına malik olmalıdır.
  • Stressə davamlı olmalıdır.
  • Analitik düşünmə və diqqətlilik bacarığına malik olmalıdır.

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətli olmalıdır.
  • Komanda ilə işləmək bacarığı olmalıdır.
  • Punktual olmalıdır.
  • Etik davranış qaydalarına riayət etməlidir.
  • Şirkətdaxili nizam-intizam və davamiyyət qaydalarına əməl etməlidir.

Vəzifə öhdəlikləri

  • Anbarda məhsulların hərəkəti ilə bağlı sənədləri hazırlamaq və sistem üzərindən qeydiyyatını aparmaq.
  • Məhsulların sistem üzrə hərəkətini izləmək, qeydiyyata almaq və əməliyyatları sonlandırmaq.
  • Məhsulların hərəkət cədvəlini yoxlamaq, analiz etmək və uyğunsuzluqları müəyyənləşdirmək.
  • Məhsul qalıqlarını nəzarətdə saxlamaq, hərəkət cədvəlləri əsasında hesabatlar hazırlamaq.
  • Daxil olan müraciətləri araşdırmaq və vaxtında cavablandırmaq.
  • ERP sistemində məlumatların düzgün və operativ şəkildə işlənməsini təmin etmək.

İş şəraiti

  • İş qrafiki: 6 günlük
  • İş saatları:
  • Bazar ertəsi – Cümə: 09:00 – 17:00
  • Şənbə: qısa iş günü
  • İstirahət günü: Bazar
  • İş yeri: Baku Service Company
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Samsung binası (Omid ilə üzbəüz)
  • Əmək haqqı: 700 AZN

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Anbar əməliyyatçısı" qeyd edərək göndərə və ya 055 255 47 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700 ₼
Yerləşdirilib
6 avqust 2026
Dillər
English, Russian
Son tarix
6 sentyabr 2026

Şirkət haqqında

Baku Service Company
Digər istehlakçı və fərdi xidmətlər, Təmir və texniki xidmətlər

1995-ci ildən öz fəaliyyətinə başlayan BAKU SERVICE COMPANY şirkəti artıq 23 ildən çoxdur ki, müştərilərin xidmətindədir. Fəaliyyətinə NAB adı ilə başlayan Servis Mərkəzi 1998-ci ilə qədər bu adla fəaliyyət göstərmişdir.

Baku Service Company — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

TABIA Group LLC
Head/Director · 2+ ilŞabran
Maaş göstərilməyib

Mühasibat uçotunu aparır və peşəkar mühasib sertifikatına malik olmalıdır.

AccountingAccounts PayableAccounts ReceivableAnalytical Thinking+11
Müraciət et
Bütün oxşar vakansiyalar
700 ₼
Anbar əməliyyatçısı
Müraciət et