Cost AnalysisSupply Chain ManagementLogistics Planning
Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
29 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Biz — FS Mackenzie, logistika və yükdaşıma sahəsində çoxillik təcrübəyə malik beynəlxalq şirkətik.
Hazırda Bakı ofisimizdə komandamıza bizimlə birlikdə inkişaf etməyə hazır olan enerjili və iddialı Logistika Əməliyyatları üzrə Mütəxəssisi (Logistic Operation Specialist) axtarırıq.
Biz təklif edirik:
- Tanınmış beynəlxalq şirkətdə sabit və perspektivli iş imkanı
- İş qrafiki: İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) (09:00 - 18:00).
- Rəqabətə davamlı əmək haqqı
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və dəstəkçi kollektiv
- Karyera yüksəlişi imkanları
Vəzifə öhdəlikləri:
- Yüklərin daşınma marşrutlarının, tranzit vaxtının və xərclərinin planlaşdırılması.
- Beynəlxalq və daxili daşımaların (hava, dəniz, quru) əlaqələndirilməsi.
- Gömrük sənədləşməsi və yük təqibi proseslərinin icrası.
- Gündəlik əməliyyat sənədlərinin (hesabatlar, qaimələr) hazırlanması və sistemə daxil edilməsi.
- Müştərilər və beynəlxalq tərəfdaşlarla peşəkar ünsiyyətin qurulması, problemlərin operativ həlli.
Tələblər:
- Təhsil: Logistika, Nəqliyyat və ya İdarəetmə üzrə ali təhsil.
- Təcrübə: Logistika və ya ekspeditor şirkətlərində minimum 1-3 il iş təcrübəsi.
- Aktivlik,məsuliyyətlilik və nəticəyə yönümlülük
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis ünsiyyət, İngilis dili üstünlük hesab olunur (xarici ofislərlə kommunikasiya üçün).
- Kompüter bilikləri: Yüksək səviyyədə MS Excel və korporativ proqram təminatı (ERP sistemləri bilənlərə üstünlük verilir).
- Bacarıqlar: Güclü analitik düşüncə, stresə davamlılıq, çoxşaxəli (multitasking) iş rejimi.
Əgər beynəlxalq mühitdə karyera qurmaq, peşəkar inkişaf və yüksəliş imkanı əldə etmək istəyirsinizsə — komandamıza qoşulun!
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
ProcurementOrder ManagementSupplier Management
Analytical ThinkingProcurementOrder Management
1C ERPCost OptimizationLogistics Management


