Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Coffee Moffie komandasına Store Manager tələb olunur
Bizə Coffee Moffie-nin yaradıcı, canlı mühitini qoruyacaq, komandanı idarə edəcək və insanları sevən bir Store Manager lazımdır. İdarəetmə təcrübən yoxdur? Problem deyil! Əsas olan öyrənməyə həvəsindir – kafenin daxili sistemini addım-addım öyrənməyin və rola tam adaptasiya olmağın üçün ilk 6–12 ay ərzində sənə tam dəstək veriləcək.
Nələr edəcəksən? (Əsas vəzifələr):
Kafenin gündəlik əməliyyatlarını, stok idarəetməsini və təchizat işlərini idarə etmək.
İş cədvəllərini tərtib etmək və bar komandasını koordinasiya etmək.
Xidmət keyfiyyətini qorumaq, komanda daxili “team building” və inkişafı təmin etmək.
Moffie icma fəaliyyətlərinin (kitab və şahmat klubları, startap görüşləri, film gecələri və s.) təşkilinə dəstək olmaq.
Səndən nə gözləyirik? (Tələblər):
Güclü kommunikasiya və həll yönümlü düşüncə tərzi.
Sosial-yaradıcı mühitdə olmağı və insanlarla işləməyi sevmək.
Azərbaycan dilini mükəmməl bilmək (vacibdir).
Maraqlı, təşəbbüskar və öyrənməyə açıq olmaq.
Biz nə təklif edirik?
Dostluq və icma ruhu ilə dolu bir mühitdə öz ideyalarını reallaşdırmaq azadlığı.
Şəxsi-peşəkar inkişaf imkanları və rəqabətli əməkhaqqı.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


