Vakansiya haqqında

166 Express MMC (166 Cargo.az) - Xarici ölkələrdən e-ticarət üzərindən sifariş edilən və eləcə də yerli bazarda fəaliyyət göstərən e-ticarət platformalarla tərəfdaşlıq əsasında bağlamaların ölkə daxilində çatdırılması ilə məşğuldur.

Vəzifə tələbləri:

  • Ali təhsil arzuolunandır
  • Azərbaycan, Rus dili arzuolunandır
  • Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində anbardar vəzifəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
  • Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
  • Yaş həddi: 20-38
  • Həm xanım, həm də bəy namizədlər
  • Komandada işləmə bacarığı
  • Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Daxil olan bağlamaların anbar zonasına yerləşdirilməsi (fiziki iş)
  • Daxil olan bağlamaların çeşidlənməsi və sistemə daxil edilməsi
  • Anbardan bağlamaların çıxışına nəzarət etmək
  • Anbardaki bağlamaların sistemlə yoxlanılması
  • Müştəri ödənişlərinin qəbulu (kassa, Pos Terminal)
  • Bağlamaların yüklənməsi / boşaldılması
  • Kuryer sifarişlərinin hazırlanması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların Sistem üzərindən gündəlik icra edilməsi
  • Müştərilərin sifarişlərində yaranan problemlərin araşdırılması, yaranmış çətinliklərdə müştəriyə dəstək olmaq.
  • İş kollektivi ilə səmimi, mehriban münasibət yaratmaq.

İş şəraiti:

  • İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
  • İş vaxtı: 10:00-19:00, 6-cı gün 10:00-16:00
  • Ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 27E
  • Əmək haqqı 500 AZN

Maraqlanan şəxslər öz CV-lərini “Anbardar” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 0552023166

Yerləşmə
Qəbələ
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500 ₼
Yerləşdirilib
26 avqust 2026
Son tarix
26 sentyabr 2026

Şirkət haqqında

166 Yükdaşıma və Logistika
Transportation, Logistics, Supply Chain and Storage · Baku

166 Yükdaşıma və Logistika is an Azerbaijani freight and logistics company established in 2012, offering cargo transportation, moving, warehousing and international shipping, plus cleaning and related services.

166 Yükdaşıma və Logistika — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

500 ₼
Anbardar / müştəri xidməti təmsilçisi
Müraciət et