Məlumatların sistemə daxil edilməsində və yoxlanılmasında dəstək göstərir, MS Office bilikləri tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- 1C: Kompleks Avtomatlaşdırma (1C: KA) proqramında sənədlərin daxil edilməsi, işlənməsi və düzgün aparılmasını təmin etmək;
- İlkin mühasibat sənədlərinin 1C sisteminə vaxtında və düzgün daxil edilməsi;
- Mal və xidmətlərin mədaxil və satış sənədlərinin rəsmiləşdirilməsi;
- Müştəri və təchizatçı sifarişlərinin sistemdə işlənməsi;
- Nomenklatura, kontragentlər və müqavilələr üzrə məlumatların sistemdə aparılması;
- Malların qalıqlarının və dövriyyəsinin sistem üzrə yoxlanılması;
- Sənədlərdə aşkar edilmiş uyğunsuzluq və səhvlərin müəyyən edilməsi və düzəldilməsi;
- Anbar, mühasibatlıq, satış şöbəsi və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;
- Sistemə daxil edilən məlumatların düzgünlüyünü və tamlığını yoxlamaq;
- Zəruri məlumat və hesabatların hazırlanmasında iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil;
- 1C proqramı üzrə minimum 6 ay iş təcrübəsi;
- 1C: Kompleks Avtomatlaşdırma (1C: KA) proqramında işləmək bacarığı;
- İlkin mühasibat sənədləri ilə işləmə bacarığı;
- Mal və xidmətlərin mədaxil və satış sənədlərinin rəsmiləşdirilməsi üzrə bilik;
- Nomenklatura, kontragentlər və müqavilələrlə işləmək bacarığı;
- MS Excel proqramından istifadə bacarığı;
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
- Məlumatlarla operativ işləmək və struktur bölmələrlə effektiv ünsiyyət qurmaq bacarığı.
Uyğun namizədlər cv-lərini göndərə bilərlər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Məlumat daxiletmə operatoru üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
7 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məlumat daxiletmə operatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
1C proqramı üzrə minimum 6 ay iş təcrübəsi tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
1C: Kompleks Avtomatlaşdırma və MS Excel proqramlarını bilməlidir.
İlkin mühasibat sənədləri, mal və xidmətlərin mədaxil və satış sənədləri ilə işləməlidir.
Diqqətli, məsuliyyətli və dəqiq olmalıdır, məlumatlarla operativ işləmək bacarığı olmalıdır.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəlumat daxiletmə operatoru üzrə Bakıda digər açıq elanlar.
Müştəri zənglərini qəbul edir və xidmətlər barədə məlumat verir, yüksək səviyyədə ingilis dili tələb olunur.
Satış sənədlərini ERP sistemində tərtib edir və müştəri məlumatlarını daxil edir, MS Excel bilik tələb olunur.
Məlumatların düzgün daxil edilməsini təmin edən və ofis avadanlıqlarından istifadə edən şəxs.



