Mexanizasiya üzrə koordinator(Sabirabad)

Prime Cotton

Yerləşmə
Sabirabad
Təcrübə
8+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
8 avqust 2026

Vakansiya haqqında

Filiallar üzrə texnoloji proseslərə hazırlıq məqsədilə ehtiyat hissələrinin siyahılarının hazırlanması, yoxlanması və təsdiqlənməsi;
Filialların illik və mövsümi əməliyyat planlarına uyğun olaraq texnika və aqreqatlar üçün ehtiyat hissələri üzrə toplum sifarişlərinin formalaşdırılması və təqdim edilməsi;
Toplum və adi sifarişlərin alış prosesinin izlənməsi, tədarük mərhələlərinin vaxtında tamamlanmasına nəzarət;
Alış prosesi yekunlaşdıqdan sonra alınan ehtiyat hissələrinin bölgü siyahılarının tərtib edilməsi və filiallara yönləndirilməsi;
Filiallarda mövcud olan emal texnikalarının işinin təşkili, texniki xidmət, təmir və servis proseslərinin koordinasiyası;
Üçüncü tərəf servis şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmir və texniki xidmət işlərinin düzgün icrasına nəzarət;
Filiallarda aparılan təmir proseslərinin operativ izlənməsi, ehtiyat hissələri üzrə daxil olan tələblərin texniki və iqtisadi baxımdan doğruluğunun yoxlanması;
Kombayn Təmir Mərkəzlərinin (KTM) fəaliyyətinin təşkilində iştirak etmək, təmir və texniki xidmət proseslərinin sənədləşdirilməsinə nəzarət;
Texnikaların mövsümi hazırlıq vəziyyətinə dair aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Ehtiyat hissələri üzrə anbar qalığı və dövriyyə məlumatlarının təhlili, təkmilləşdirmə üzrə təkliflərin hazırlanması;
Təmir və texniki xidmət proseslərində keyfiyyət standartlarının qorunmasına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.
Tələblər
Ali texniki təhsil (mexanizasiya, aqrotexnologiya, mühəndislik və ya əlaqədar sahələr üzrə);
Minimum 8 il iş təcrübəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və mexanizasiya sahəsində rəhbər və ya koordinator vəzifəsində təcrübə üstünlükdür;
Ehtiyat hissələri, texniki xidmət və təmir prosesləri üzrə praktiki biliklər;
Analitik düşüncə və operativ qərarvermə bacarığı, texniki nasazlıqların səbəb-nəticə əlaqəsini təhlil edə bilmək;
Planlaşdırma və koordinasiya bacarığı, çoxşaxəli iş axınlarını eyni zamanda idarəetmə qabiliyyəti;
Komanda ilə işləmək, müxtəlif filial və bölmələrlə effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, texniki hesabatların hazırlanması bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
Ezamiyyətlərə və filiallararası səyahətlərə hazır olmaq.

Şirkət haqqında

Prime Cotton
Kənd təsərrüfatı · 500 + · Baku

Prime Cotton has more than 30 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further processing at the 18 ginneries. Cotton fiber processed at the ginneries of the company is medium fibrous and has a specific color that differentiates it from American cotton with a yellowy tint. Since 1998, Azerbaijan has adopted new standards for cotton fiber approved by Liverpool Cotton Association, in which Prime Cotton has had associate membership status since 2003. Currently, the company is engaged in the development of the textile industry in Azerbaijan. Cotton yarn production uses “open-end” technology and has high demand by domestic and CIS country markets. In 2006, Prime Cotton completed a new oil and fat production facility in Shirvan, equipped with the latest technology for oil processing and refinery. This factory produces various items from cotton seeds, such as cotton oil, milled cake, and soapstock. In addition, this factory has linter and refined oil production lines. Products for export: • Cotton fiber • Wastes of cotton fiber, such as gin motes, lint, and cotton down. • Cotton yarn of different sizes -“open end” • Cotton oil • Cotton milled cake - very valuable non-GMO feed mill raw material. Prime Cotton guarantees top quality and timely delivery of products to its partners and clients. For your questions don't hesitate to get in to: Qafqaz Business Center, H.Aliyev Ave 95; AZ1029; Baku, Azerbaijan.

Prime Cotton — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mexanizasiya üzrə koordinator(Sabirabad)
Müraciət et