Nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlayır, sürücüləri koordinasiya edir və logistikanı planlaşdırır.
Vakansiya haqqında
Şirkət: SRC MMC (SIXT Azərbaycan)
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri
- Avtomobil parkının gündəlik statusunun Cobra sistemində aparılması, sıradan çıxmış avtomobillərin nəzarətdə saxlanması
- Hava limanı və şəhər satış nöqtələri arasında avtomobil bölgüsünün planlaşdırılması
- Park və açar inventarizasiyasının aparılması
- Yeni avtomobillərin parka qəbulu (yoxlama, komplektasiya, qeydiyyat, sığorta, brendinq)
- Parkdan çıxarılan avtomobillərin sənədləşməsi və təhvili
- Zədə aktlarının hazırlanması, zədə xərclərinin müştəri və sığorta şirkəti ilə həlli
- Yol hərəkəti cərimələrinin izlənməsi və müvafiq şəxsə aid edilməsi
- Texniki baxış, sığorta, etibarnamə və texniki xidmət müddətlərinə nəzarət
- Servis və təmir işlərinin, yanacaq xərclərinin uçotu
- Aylıq fleet hesabatının hazırlanması
Tələblər
- Ali təhsil (nəqliyyat, mühəndislik, iqtisadiyyat, logistika)
- Avtomobil parkı, avtomobil icarəsi, lizinq, sığorta və ya avtoservis sahəsində ən azı 2 il iş təcrübəsi
- B kateqoriyalı sürücülük vəsiqəsi (ən azı 2 il sürücülük təcrübəsi)
- MS Excel biliyi orta və yuxarı səviyyədə (filtr, pivot, VLOOKUP)
- Azərbaycan dili səlis, rus dili işgüzar, ingilis dili orta səviyyədə
- Sığorta (icbari, KASKO) və avtomobilin texniki xidməti üzrə əsas biliklər
- Dəqiqlik, məsuliyyət, analitik düşüncə və danışıq bacarığı
Üstünlük veriləcək
- İş prosesində AI alətlərindən istifadə bacarığı
İş şəraiti
- Əmək haqqı: 1 000 AZN net
- İş qrafiki: həftə içi 10:00–18:00, şənbə 10:00–16:00
- Rəsmi əmək müqaviləsi və sosial sığorta
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Nəqliyyat şöbəsinin mütəxəssisi mövzusu ilə göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Nəqliyyat üzrə menecer üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 200 ₼.
8 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Nəqliyyat üzrə menecer kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Həftə içi 10:00–18:00, şənbə 10:00–16:00 saatları arasında işləmək tələb olunur.
Əmək haqqı 1 000 AZN netdir.
CV göndərilməlidir, mövzu olaraq 'Nəqliyyat şöbəsinin mütəxəssisi' qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçƏn azı 2 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNəqliyyat üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
U.S. yük maşınlarının gündəlik idarə olunmasını dəstəkləyir, təcrübəsizlər üçün təlim təmin edilir.
Avtomobillərin sürücülərinə nəzarət edir və müqavilə şərtlərinə riayət olunmasını təmin edir.
Nəqliyyat vasitələrinin və texnika parkının qeydiyyatını aparır və texniki vəziyyətə nəzarət edir.

