Restoranın növbə ərzində fəaliyyətini idarə edir və komanda işini koordinasiya edir.
Vakansiya haqqında
Kitchen Plus restoranında xidmət prosesinin effektiv təşkili, xidmət standartlarının qorunması və komandanın idarə olunmasına cavabdeh olacaq Supervayzer vəzifəsinə namizəd axtarılır
İş şərtləri
- İş yeri: Kitchen Plus, Ağ Şəhər
- Əməkhaqqı: 800 AZN + satışdan faiz
- İş qrafiki: 10 saatlıq iş rejimi, həftədə 1 gün istirahət
Vəzifə öhdəlikləri
- Restoranın gündəlik əməliyyat və xidmət prosesinin təşkilini və fasiləsizliyini təmin etmək
• Xidmət heyətinin fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və iş prosesinə nəzarət etmək
• Ofisiant və ofisiant köməkçilərinin xidmət standartlarına uyğun fəaliyyət göstərməsini təmin etmək
• Restoranın xidmət keyfiyyətini və müştəri məmnuniyyətini daim nəzarətdə saxlamaq
• Sifarişlərin düzgün, tam və vaxtında icra olunmasını təmin etmək
• Müştəri müraciətlərini və xidmət zamanı yaranan problemləri operativ şəkildə həll etmək
• Növbə ərzində zalın, servis avadanlıqlarının və işçi sahələrinin müvafiq standartlara uyğunluğuna nəzarət etmək
• Əməkdaşların davamiyyətinə, xarici görünüşünə, uniforma və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək
• Xidmət zamanı yaranan operativ ehtiyacları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təşkil etmək
• Növbənin təhvil-təslim prosesini düzgün həyata keçirmək və baş vermiş əsas məsələlər barədə rəhbərliyə məlumat vermək
• Komandanın iş keyfiyyətini artırmaq və xidmət prosesinin davamlı təkmilləşdirilməsinə töhfə vermək
Tələblər
- Restoran, hotel, catering və ya xidmət sektorunda minimum 5 il iş təcrübəsi
• Komanda idarəetməsi və iş bölgüsünün aparılması bacarığı
• Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti
• Müştəriyönümlü yanaşma və problem həll etmə bacarığı
• Operativ qərar qəbul etmək və gərgin iş şəraitində işləmək bacarığı
• Məsuliyyətli, intizamlı və nəticəyönümlü yanaşma
• Restoran xidmət standartları barədə anlayış
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Restoran, hotel, catering və ya xidmət sektorunda minimum 5 il iş təcrübəsi tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Əmək haqqı 800 manatdır.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNövbə meneceri üzrə Bakıda digər açıq elanlar.
Filialda gözətçi xidmətini idarə edir və gözətçilərin iş qrafikini tərtib edir.
Ofis sənədlərini idarə edir, ofisin fasiləsiz işini təmin edir, MS Office bilikləri tələb olunur.
İstehsal proseslərini idarə edir və minimum 2 il təcrübəsi olan xanım tələb olunur.



