Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küç. 2/26
- Əmək haqqı: 450 AZN (namizədin bilik və təcrübəsinə əsasən dəyişə bilər)
- İş qrafiki: Həftə içi 5 iş günü
- İş saatı: 09:00 – 18:00
Vəzifə öhdəlikləri
- Kargüzarlıq işinin təşkili və şöbə daxili sənədlərlə işləmək;
- Qeydiyyat üzrə kargüzarlığın aparılması;
- Müştərilərdən daxil olan müraciətlərin qəbul edilməsi və cavablandırılması;
- Müvafiq reyestrlərdə məlumatların toplanması və işlənməsi;
- Hesabatların hazırlanması;
- Şöbə rəhbərinin verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət edilməsi.
Namizədə tələblər
- Yalnız xanım namizədlər;
- Yaş: 20–30;
- Ali təhsil
- 2-5 il iş təcrübəsi
- MS Office proqramlarını bilmək (xüsusilə Excel biliyi üstünlükdür);
- Sənədlərlə işləmək bacarığı;
- Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Azərbaycan dilini sərbəst bilmək.
Şirkət haqqında
Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır. Omnitech şirkəti, qanunla müəyyən edilmiş tələblərə cavab verən ticarət avadanlıqlarını və müvafiq proqram təminatlarını satmaq hüququna malikdir. Hal-hazırda şirkətin təcrübəli mütəxəssisləri gələcəyin tələblərinə cavab verən qabaqcıl texnologiya və yenilikləri sahibkarlara peşəkarlıqla təklif edir. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir. İşimizin əsas prinsipləri səmərəlilik, çeviklik və dəqiqlikdir. Məqsədimiz müştərilərimizə keyfiyyətli xidmətlər göstərmək və onların fəaliyyətlərini asanlaşdırmaqdır.
Omnitech — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


