Schedule PlanningPrimavera P6Schedule Risk Analysis
Yerləşmə
Bakı
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
25 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifənin ümumi təsviri:
Layihələr portfeli üzrə müstəqil iş qrafiki təhlili aparmaq, əsas (baseline) qrafikləri yoxlamaq və layihə cədvəllərinin keyfiyyətini qiymətləndirmək. Baş planlaşdırma standartlarını hazırlamaq və idarə etmək, layihələrin müddətlərini müqayisəli şəkildə təhlil etmək (benchmarking), iş qrafikinin məntiqini və kritik yolu (Critical Path) yoxlamaq, gecikmələrin səbəblərini və bərpa imkanlarını təhlil etmək. Layihələrin icrasına cavabdeh olmadan podratçıların və layihə komandalarının iş qrafiklərini müstəqil şəkildə qiymətləndirən ekspert kimi fəaliyyət göstərmək.
Əsas vəzifələr:
1. Planlama Standartları və Baseline Qrafikləri
Əsas planlama standartlarını, formatları, mərhələ (milestone) təriflərini və fəaliyyətlərin kodlaşdırılması qaydalarını hazırlamaq və davamlı olaraq yeniləmək.
Baseline iş qrafiklərini daxili standartlara və layihə tapşırıqlarına uyğunluq baxımından yoxlamaq.
Bütün layihələrdə WBS (Work Breakdown Structure – İş Bölgüsü Strukturu) və planlaşdırma məntiqinin vahid şəkildə tətbiq edilməsini təmin etmək.
2. İş Qrafikinin Yoxlanılması və Təhlili
İş qrafikinin məntiqini, kritik yolu (Critical Path), fəaliyyət ardıcıllığını və mərhələlərin real icra müddətlərini qiymətləndirmək.
Layihələrin ümumi və mərhələlər üzrə müddətlərini portfel daxilində müqayisəli şəkildə təhlil etmək.
Podratçıların təqdim etdiyi iş qrafiklərini tamlıq, resurs yüklənməsi və tikinti baxımından həyata keçirilə bilmə imkanına görə qiymətləndirmək.
Aktiv layihələr üzrə tamamlanma müddəti proqnozlarını təhlil etmək və mümkün vaxt risklərini erkən mərhələdə müəyyənləşdirmək.
3. Gecikmələrin və Bərpa Strategiyalarının Təhlili
Gecikmələrin əsas səbəblərini və onları yaradan amilləri müəyyən etmək və təhlil aparmaq.
İş qrafikinin bərpası üçün alternativləri, risklərin azaldılması tədbirlərini və onların tətbiq imkanlarını qiymətləndirmək.
İddialar (Claims), dəyişikliklər (Variations) və müddətin uzadılması (Extension of Time – EOT) üzrə müstəqil texniki rəy təqdim etmək.
4. Hesabatlılıq və Erkən Xəbərdarlıq
Layihələr portfeli üzrə vaxt risklərini və yaranan gecikmələri erkən mərhələdə müəyyən edərək rəhbərliyə eskalasiya etmək.
Layihənin əsas mərhələlərində (Layihə Tapşırığı, Konsept, Ətraflı Layihələndirmə, Tikinti və Təhvilvermə) müstəqil planlaşdırma rəyi təqdim etmək.
Layihələr portfeli üzrə konsolidasiya edilmiş hesabatların hazırlanmasına, iş qrafiklərinin statusu, proqnozlar və müqayisəli göstəricilər barədə məlumatların təqdim edilməsinə dəstək vermək.
Tələblər
Texniki bacarıqlar:
İnşaat mühəndisliyi üzrə bakalavr dərəcəsi.
Daşınmaz əmlak layihələrində tikinti planlaşdırılması və iş qrafiklərinin idarə olunması sahəsində minimum 10 il iş təcrübəsi.
Primavera P6 proqramını yüksək səviyyədə bilmək.
Critical Path Method (CPM), iş qrafiki risklərinin təhlili və Earned Value Management (EVM) metodologiyası üzrə güclü biliklər.
Müxtəlif layihələr üzrə müddətlərin müqayisəli təhlili və gecikmə səbəblərinin araşdırılması sahəsində praktiki təcrübə.
Tikinti ardıcıllığı, podratçı planlaşdırması və claim (iddia) təhlili üzrə bilik və təcrübə.
Premium, beynəlxalq və ya qarışıq təyinatlı daşınmaz əmlak layihələrində iş təcrübəsinə üstünlük verilir.
Liderlik və İş Üslubu:
Analitik, sistemli və müstəqil düşüncə tərzi.
Podratçıların və layihə komandalarının iş qrafiklərini peşəkar və konstruktiv şəkildə qiymətləndirmək bacarığı.
Planlaşdırma üzrə mürəkkəb məlumatları rəhbərlik üçün aydın və anlaşılan formada təqdim etmək bacarığı.
Məntiqə, fəaliyyət ardıcıllığına və ardıcıllığın qorunmasına yüksək diqqət.
Davamlı inkişaf və təkmilləşdirməyə yönəlmiş düşüncə tərzi.

Şirkət haqqında
PASHA Real Estate Group
Baku
PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that uphold high standards of quality and sustainability. Emphasizing customer satisfaction and strategic asset management, the group aims to innovate within the property management sector while achieving superior investment outcomes. PASHA Real Estate Group prioritizes the well-being of its employees, fostering a supportive work environment and providing opportunities for professional growth and development.
PASHA Real Estate Group — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Change ManagementProject PlanningSchedule Development
Risk ManagementReportingPrimavera P6
Cost ControlCost ForecastingChange Management