SAP SD modulunda iş proseslərini analiz edir, istifadəçilərə dəstək verir və problemləri həll edir.
Vakansiya haqqında
- Biznes proseslərinin "AS IS" və "TO BE" modellərinin hazırlanması, GAP analizinin aparılması, boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
- Biznes proseslərinin avtomatlaşdırılması və Süni İntellekt (Sİ) tətbiqi potensialının müəyyənləşdirilməsi, biznes dəyərinin və tətbiq məqsədəuyğunluğunun qiymətləndirilməsi;
- Avtomatlaşdırma və Sİ layihələri üzrə biznes, funksional və qeyri funksional tələblərin hazırlanması və sənədləşdirilməsi;
- Biznes prosesləri üzrə Business Rules, qərar məntiqi və proses ssenarilərinin hazırlanması və sənədləşdirilməsi;
- Biznes proseslərində istifadə olunan məlumat axınının (Data Flow) təhlili, məlumat mənbələrinin, giriş/çıxış məlumatlarının və emal mərhələlərinin müəyyənləşdirilməsi;
- Avtomatlaşdırılacaq proseslər üzrə Data Mapping sənədlərinin hazırlanması və sistemlər arasında məlumat mübadiləsinin təsvir edilməsi;
- Biznes proseslərində iştirak edən sistemlər üzrə inteqrasiya nöqtələrinin (Integration Points) müəyyənləşdirilməsi və inteqrasiya tələblərinin hazırlanması;
- Hazırlanacaq rəqəmsal həllər üçün ilkin istifadəçi ssenarilərinin (User Journey) və istifadəçi interfeysinin (UI Concept) hazırlanması;
- Yeni rəqəmsal alət və həllərin (o cümlədən Sİ əsaslı) istifadəçi interfeysinin (UI) biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi və texniki komanda ilə əlaqələndirilməsi;
- Sİ və avtomatlaşdırma layihələrində biznes tərəfini təmsil etmək, proses məntiqinin, məlumat axınının, funksional tələblərin və gözlənilən nəticələrin texniki komandaya aydın şəkildə ötürülməsini təmin etmək;
- Avtomatlaşdırma layihələrinin icrası zamanı texniki komandanın biznes suallarının cavablandırılması, biznes tələblərində baş verən dəyişikliklərin idarə olunması və layihənin biznes baxımından müşayiət edilməsi;
- İstifadəçi qəbul testləri (UAT) üçün test ssenarilərinin və Acceptance Criteria-nın hazırlanması, hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- Tətbiq edilmiş biznes proseslərinin və avtomatlaşdırılmış həllərin effektivliyinin monitorinqi, nəticələrin təhlili və hesabatların hazırlanması;
- Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması, yenilənməsi, təsdiqi, elan edilməsi və arxivləşdirilməsi;
- ·Birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək,
- görülən işlər üzrə hesabatların təqdim edilməsi.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
17 sentyabr 2026
Şirkət haqqında
Kontakt Home
Retail · Baku
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Kontakt Home — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Risk idarəetməsi və biznes proseslərinin idarə olunmasını dəstəkləmək üçün təcrübəli risk mütəxəssisi.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Biznes analitik kimi məlumatları təhlil edir və layihələr üçün tələblər toplayır.
Maaş göstərilməyib
Nəqliyyat sənədlərini yoxlayır və mühasibatlıq proseslərini təkmilləşdirir, maliyyə bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




