Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Maliyyə və əməliyyat proseslərinin avtomatlaşdırılması üçün texniki tələblərin hazırlanması.
Müxtəlif sistemlər arasında məlumat mübadiləsinin (mapping) qurulması və hesabatlılığın effektivliyinin artırılması.
Şirkətdaxili prosedurların və iş axınlarının (workflows) standartlaşdırılması və sənədləşdirilməsi. Tətbiq olunan yeniliklərin icrasına nəzarət və KPI göstəricilərinin izlənilməsi.
Tələblər
Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə üzrə ali təhsil
Təcrübə: Maliyyə, Mühasibatlıq sahəsində minimum 3-4 il təcrübə
Biznes proseslərin təhlili, optimallaşdırılması sahəsində iş təcrübəsinə malik olmaq;
Proses xəritələrinin (Process Mapping), iş axınlarının (Workflow) və texniki tələblərin hazırlanması bacarığına sahib olmaq;
MS Excel proqramından yüksək səviyyədə istifadə bacarığına sahib olmaq;
ERP sistemləri (SAP üstünlükdür), Power BI və ya analitik alətlərlə işləmə bacarığı
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığına malik olmaq;
Şirkət haqqında
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir . Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
OBA Market MMC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



