Mətbəxdə qida təhlükəsizliyi və istehsal proseslərini idarə edir, 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İş haqqında məlumat
Mətbəxdə bütün istehsal proseslərinin texnoloji standartlara, qida təhlükəsizliyi və sanitariya tələblərinə uyğun təşkil edilməsi, məhsul keyfiyyətinin stabil saxlanılması, xammal itkilərinin və maya dəyərinin optimallaşdırılması, yeni məhsul və yeməklərin hazırlanaraq istehsalata tətbiq edilməsi.
Əsas vəzifələr
- Mətbəxin bütün istehsal proseslərinə başdan sona texnoloji nəzarətin həyata keçirilməsi;
- Xammalın qəbulundan hazır məhsulun təqdimatına qədər bütün mərhələlərin standartlara uyğun təşkil edilməsi;
- Yeməklərin texnoloji kartlarının, resepturalarının, çıxım və porsiya normalarının hazırlanması və yenilənməsi;
- Mövcud resepturaların optimallaşdırılması və məhsul keyfiyyətinin yüksəldilməsi;
- Yeni yeməklərin hazırlanması, test edilməsi, standartlaşdırılması və istehsalata tətbiqi;
- Menyunun hazırlanmasında və mütəmadi yenilənməsində iştirak;
- Yeni məhsullar üzrə reseptura, texnoloji proses, porsiya, çıxım və xammal sərfiyyat normalarının müəyyən edilməsi;
- Xammal sərfiyyatına, məhsul itkisinə və tullantılara gündəlik nəzarət;
- Yeməklərin maya dəyərinin optimallaşdırılması və xammal itkilərinin minimuma endirilməsi;
- Müəssisəyə daxil olan xammalın keyfiyyətinin, temperaturunun, görünüşünün, saxlanma müddətinin və uyğunluğunun yoxlanılması;
- Standartlara uyğun olmayan xammal və məhsulların istifadəsinin qarşısının alınması;
- Hazır məhsulun dad, görünüş, konsistensiya, porsiya, çıxım və təqdimat keyfiyyətinə nəzarət;
- Soyuducu, dondurucu, anbar və digər saxlama sahələrində temperatur rejimlərinin monitorinqi;
- HACCP və ISO 22000 tələblərinin mətbəxdə tətbiqinə və davamlı icrasına nəzarət;
- Kritik nəzarət nöqtələrinin müəyyən edilməsi və monitorinqinin aparılması;
- Sanitariya və gigiyena qaydalarına ciddi nəzarət;
- Texnoloji intizamın pozulması hallarının müəyyən edilməsi və aradan qaldırılması;
- Keyfiyyətsiz məhsulun istehsal və satışa buraxılmasının qarşısının alınması;
- Mətbəx əməkdaşlarına texnoloji proseslər və qida təhlükəsizliyi üzrə təlimlərin keçirilməsi;
- İstehsalat proseslərinin effektivliyinin artırılması və yeni texnologiyaların tətbiqi;
- Yeni avadanlıq və istehsal üsullarının mətbəx proseslərinə uyğunlaşdırılması;
- İstehsalat göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Keyfiyyət, itki, xammal sərfiyyatı və məhsul çıxımı üzrə mütəmadi analizlərin aparılması.
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Şirkət haqqında
Seaport Catering
Caterer · Bakı
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
Çörək istehsal prosesini idarə edir və 5 ildən çox təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Satınalma prosesini idarə edir, bazar araşdırması aparır və ən az 3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Menyu hazırlayan, aşpaz heyətini idarə edən və mətbəx keyfiyyətinə nəzarət edən baş aşpaz axtarılır.
Müraciət etAsan müraciətAsan müraciət


