Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, ən azı 3 il təcrübəsi var.
Vakansiya haqqında
Əsas vəzifələr
- İş sahələrinin auditini aparmaq, hər hansı bir təhlükəli davranış və ya qayda pozuntularının olub-olmadığını yoxlamaq;
- Fəaliyyətin bütün aspektlərinin riskini və mümkün əmniyyət təhlükələrini qiymətləndirmək;
- Təhlükəsizlik məlumatı üzrə analitik hesabatlar hazırlamaq;
- Sahələrin təhlükəsiz olmasını təmin etmək məqsədi ilə sahələrdə və proseslərdə istehsal avadanlıqlarını yoxlamaq;
- Avadanlıqlara texniki baxış keçirməklə və işçilərə təlim keçməklə profilaktik tədbirlərə diqqət ayırmaq;
- Müşavirələrdə və ya mühazirə tipli təlim məşğələlərində personalın təhlükəsizlik prinsiplərini təqdim etmək;
- Sağlamlıq və təhlükəsizlik texnikası və mədəniyyəti ilə bağlı biliyinin yenilənməsi üçün davamlı olaraq təlim və brifinqlərdə iştirak etmək;
- Təklif edilən təkmilləşdirmə işlərini mövcud infrastruktur və biznes proseslərinin də daxil olduğu sahə təhlükəsizlik planlarını hazırlamaq;
- İstehsal briqadası və bütün şirkət çərçivəsində təhlükəsizlik standartlarında uyğunluğu təmin etmək məqsəd ilə layihə rəhbərliyi ilə birlikdə informasiya, təklif və müşahidələri paylaşmaq;
- Bədbəxt hadisələrin və digər təhlükəli şəraitin səbəblərini araşdırdıqdan sonra SƏTƏM üzrə Menecerə bununla bağlı hesabat göndərmək;
- Kritik sahələrdə gələcəkdə baş verəcək qəzaların qarşısını almaq üçün ən yaxşı yolu tapmaq;
- Personalın sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etməsini nəzərdən keçirmək və bununla bağlı hesabat təqdim edərək öz tövsiyələrini vermək;
- Ərazidə həftəlik və gündəlik təftişlər aparmaq, hesabat hazırlamaq və SƏTƏM menecerinə göndərmək;
- Müxtəlif iş sahələrində gündəlik SƏTƏM brifinqləri keçirmək və hesabat vermək.
Tələblər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 800 ₼.
16 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Müraciət üçün sənədlər barədə məlumat verilməyib.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində inzibati işləri təşkil edir və hesabatlar hazırlayır.
İstehsalat prosesinə və məhsulların keyfiyyətinə nəzarət edir, HACCP bilikləri tələb olunur.
İçki məhsullarının keyfiyyətini izləyir, prosesləri təkmilləşdirir və texniki dəstək verir.




