Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək;
  • Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək;
  • Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları qeydiyyata almaq və sistemə daxil etmək;
  • Qonaq və müştərilərin sorğularını cavablandırmaq;
  • Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək;
  • Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək;
  • Salonda olan avtomobillər, göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə ətraflı məlumat vermək;
  • Struktur bölmələr üzrə aylıq ofis ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək;
  • Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.

Namizədə tələblər:

  • Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (ingilis dili arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan xanımlar;
  • Səliqəli görünüş və xoş ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir.

İş şərtləri:

  • Həftədə 6 iş günü
  • İş yeri: Babər pr. 35
  • Əmək haqqı: net 800 Azn
  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800 ₼
Yerləşdirilib
22 avqust 2026
Son tarix
22 sentyabr 2026

Şirkət haqqında

Efendiler Group
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Baku

Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir.

Efendiler Group — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

800 ₼
Resepşn
Müraciət et