Vakansiya haqqında
Bal Line komandası idman mərc oyunları sahəsində fəaliyyət göstərən şirkət olaraq komandamıza Reception əməkdaşı axtarır.
Bu vəzifə şirkətə daxil olan qonaqların qarşılanması, telefon zənglərinin cavablandırılması, ofisə daxil olan şəxslərin müvafiq əməkdaşlara yönləndirilməsi, gündəlik inzibati işlərə, həmçinin anbar və stok üzrə sadə əməliyyatlara dəstək göstərilməsini əhatə edir.
Əgər ünsiyyət qurmağı sevirsinizsə, səliqəli, diqqətli və məsuliyyətli yanaşmanız varsa, dinamik və peşəkar komandada çalışmaq istəyirsinizsə, sizi Bal Line komandasına qoşulmağa dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
- Şirkətə daxil olan qonaqların qarşılanması və müvafiq əməkdaşlara yönləndirilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
- Şirkətə daxil olan məktub, sənəd və kuryer çatdırılmalarının qəbul edilməsi və aidiyyəti əməkdaşlara təqdim olunması;
- İclas və görüşlər üçün otaqların hazırlanması və təşkilati məsələlərə dəstək göstərilməsi;
- Gələn qonaqlar və görüşlər barədə zəruri məlumatların qeydiyyatının aparılması;
- Ofisə giriş-çıxışın müəyyən edilmiş qaydalara uyğun təşkilinə dəstək göstərilməsi;
- Anbar və stok üzrə sadə əməliyyatların həyata keçirilməsinə dəstək göstərilməsi;
- Malların qəbulu, verilməsi və uçotunun aparılmasına dəstək göstərilməsi;
- Sənədləşmə və gündəlik inzibati işlərin icrasında iştirak edilməsi;
- Korporativ yazışmalarla işləmə bacarığı;
- Şirkət sürücüləri ilə koordinasiyalı işləmək və nəqliyyat proseslərinin təşkilində iştirak etmək;
- Zəruri hallarda digər inzibati məsələlərin icrasında dəstək göstərilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Resepşn, inzibati və ya müştərilərlə iş sahəsində iş təcrübəsi üstünlük hesab olunur;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Rus və ingilis dili bilikləri üstünlük hesab olunur;
- Səliqəli və baxımlı görünüş;
- Operativ, məsuliyyətli və diqqətli yanaşma;
- Sənədləşmə və inzibati işlərdə dəqiqlik və məsuliyyətlilik;
- Anbar və stok üzrə sadə əməliyyatlarla işləmək bacarığı;
- MS Office proqramları, xüsusilə Excel və gündəlik iş proqramları üzrə baza səviyyəsində bilik;
- Yüksək təşkilatçılıq və kommunikasiya bacarığı;
- Komandada işləmək bacarığı;
- Eyni anda bir neçə tapşırığı effektiv şəkildə idarə etmək bacarığı.
Biz nə təklif edirik?
- Rəqabətli əməkhaqqı;
- Təlim və inkişaf imkanları;
- Davamlı peşəkar inkişaf mühiti;
- Nahar təminatı;
- Push30 imkanı;
- Könüllü tibbi sığorta;
- Dinamik və dəstəkverici komanda mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 oktyabr 2026