Satınalma departamentinin rəhbəri (inşaat)

Anonim işəgötürən

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Satınalma fəaliyyətinin planlaşdırılması, təşkili və ümumi idarə edilməsini həyata keçirmək;
  • Daxil olan satınalma tələblərini qiymətləndirmək, uyğun təklifləri formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin etmək;
  • Yerli və xarici təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;
  • Bazar araşdırmaları apararaq yeni təchizatçıların müəyyən edilməsi, alış şərtlərinin və xərclərin optimallaşdırılması istiqamətində təkliflər vermək;
  • Təchizatçılarla qiymət, ödəniş, kredit və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
  • Təsdiq edilmiş sifarişlərin icrasını izləmək və satınalma prosesinin fasiləsizliyini təmin etmək;
  • Alınmış məhsul, material və xidmətlər üzrə məlumat bazasını formalaşdırmaq, yeniləmək və satınalma xərclərinə nəzarət etmək;
  • Qiymət təkliflərinin toplanması və müqayisəsi prosesini təşkil etmək;
  • Təchizatçılarla bağlanan müqavilələrin kommersiya şərtlərinin yoxlanılması və razılaşdırılmasında iştirak etmək;
  • Daxili prosedur və qaydalara uyğun sənədləşmə işlərini təmin etmək;
  • Satınalma prosesinin icrası barədə rəhbərliyə və aidiyyəti şəxslərə mütəmadi hesabat təqdim etmək;
  • Zərurət yarandıqda logistika, daşınma və gömrük əməliyyatlarının koordinasiyasında iştirak etmək.

Namizədə tələblər

  • İnşaat, iqtisadiyyat, menecment və ya oxşar ixtisas üzrə ali təhsil;
  • İnşaat sahəsində satınalma üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən minimum 2 il rəhbər vəzifədə fəaliyyət;
  • Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur;
  • Satınalma prosedurları və təchizat bazarı barədə biliklər;
  • Güclü ünsiyyət, danışıqlar aparmaq və qərarvermə bacarığı;
  • Analitik düşüncə, məsuliyyət və detallara yüksək diqqət;
  • MS Office proqramları və 1C sistemində işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dili bilikləri üstünlükdür.

Təklif olunur

  • Peşəkar inkişafı dəstəkləyən iş mühiti;
  • 5 günlük iş həftəsi (Bazar ertəsi–Cümə);
  • İş saatı: 09:00–18:00;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində razılaşdırılır.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 sentyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Novex Group
Middle · 1–3 il
Maaş göstərilməyib

Məhsul və xidmətlərin satınalmasını həyata keçirir, təchizatçıları qiymətləndirir və danışıqlar aparır.

ProcurementNegotiationMarket ResearchTeamwork+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma departamentinin rəhbəri (inşaat)
Müraciət et