Tender prosedurlarını idarə etmək və satınalma təhlili ilə işləmək bacarığı tələb olunur.
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
- Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
- Brendin təmsil edilməsi;
- İri həcmli və spesifik araşdırma tələb edən satınalma sifarişlərinin qəbulu və icra edilməsi;
- Detallı bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, daxili tenderlərin təşkil edilməsi;
- Təchizatçıların hərtərəfli araşdırılması, təchizatçı profillərinin yaradılması, kateqoriyalaşdırılması;
- Ən uyğun tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün rəhbərinə detallı müqayisə cədvəllərinin (Bids Summary) təqdim edilməsi;
- Satınalma sifarişlərinin qruplaşdırılması və planlaşdırılması;
- Satınalmalarla bağlı sifarişçilərin problemlərinin təhlil edilməsi və həll edilməsi;
- Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilə şərtlərinin müəyyən edilməsi, müvafiq strukturların müqavilə ilə bağlı rəyinin alınması;
- Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi;
- Satınalma prosesində baş verə biləcək risklərin müəyyən edilməsi və ehtimalının azaldılması üçün təkliflərin verilməsi;
- Bölmə əməkdaşlarına mentorluq edilməsi, istiqamətləndirilməsi, vəzifələrini icra etmələri ilə bağlı yardım edilməsi və nəzarət edilməsi;
- Satınalma əməliyyatlarının uçotunun aparılması, 1C-də bununla bağlı tələb olunan əməliyyatların icra olunması;
- Bölmə daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsinə nəzarət edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
- Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2496&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
6 sentyabr 2026
Şirkət haqqında
Ram Holding
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib6 gün qalıb
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Məhsul və xidmətlərin satınalmasını həyata keçirir, təchizatçıları qiymətləndirir və danışıqlar aparır.
Müraciət etAsan müraciətAsan müraciət
800₼
İstehsal və satınalma proseslərini idarə edir, bazar araşdırması və qiymət müqayisəsi bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İnşaat materiallarının təchizatını idarə edir, bazar araşdırması və danışıqlar aparır.
Müraciət etAsan müraciətAsan müraciət



