Satınalma üzrə aparıcı mütəxəssis (Lead Procurement Specialist)

Anonim işəgötürən

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
26 iyul 2026

Vakansiya haqqında

İş haqqında

  • İdman sahəsində fəaliyyət göstərən təşkilat komandasını genişləndirmək məqsədilə Satınalma üzrə aparıcı mütəxəssis vəzifəsinə peşəkar namizəd axtarır.

Vəzifə öhdəlikləri:

  • Təchizat sifarişlərinin təşkili, icrasına nəzarət, hesabatların hazırlanması və sifarişlərin bağlanmasının təmin edilməsi;
  • Satınalma prosesinin səmərəli və əlverişli şərtlərlə həyata keçirilməsi;
  • Satınalma, logistika və idxal proseslərində iştirak etmək;
  • Satınalma prosesi çərçivəsində bazar araşdırmasının aparılması, ilkin qiymətləndirmənin həyata keçirilməsi, tədarükçülərlə danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması;
  • Müxtəlif mal və xidmətlər üzrə tələbatın müəyyən edilməsi, tədarükçülərlə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Satınalma müqavilələrinin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Tədarükçülərdən daxil olan təkliflərin qiymətləndirilməsi və optimal təklifin seçilməsi;
  • Alınan mal və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinə nəzarət etmək, satınalma prosesini izləmək və əlaqələndirmək;
  • Təşkilatın xarici və daxili kommunikasiyasının effektiv şəkildə təmin edilməsi, rəsmi yazışmaların və korporativ ünsiyyətin peşəkar şəkildə aparılması.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
  • Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və yüksək ünsiyyət bacarığı.

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Dinamik və sürətli iş mühiti;
  • Rəhbərliklə birbaşa işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

İş şərtləri:

  • İş vaxtı: 09:00 – 18:00
  • İş günləri: 5/2
  • Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma üzrə aparıcı mütəxəssis (Lead Procurement Specialist)
Müraciət et