Tibbi Satınalma üzrə Mütəxəssis

Azera Holding

Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
22 avqust 2026

Bacarıqlar və texnologiyalar

Vakansiya haqqında

“AZERA Holding” komandası Tibbi Satınalma üzrə Mütəxəssis vakansiyası elan edir!

Təchizat sahəsində təcrübəli, tibbi məhsul və avadanlıqların satınalma prosesini peşəkar şəkildə idarə edə biləcək namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • Dərman preparatları və tibbi ləvazimatların satınalma prosesinin təşkil edilməsi və nəzarətdə saxlanılması;
  • Tibbi avadanlıqların satınalma prosesinin idarə olunması;
  • Aptekə daxil olan malların qəbulunun və yoxlanılmasının təmin edilməsi;
  • Dərman preparatlarının saxlanma şəraiti, son istifadə tarixi və qalıq ehtiyatlarına mütəmadi nəzarət edilməsi;
  • Təchizat proseslərinin şirkətin daxili prosedurlarına uyğun icra olunması.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Tibbi sahə üzrə sertifikatın olması üstünlükdür;
  • Tibbi satınalma və ya oxşar sahədə minimum 3–5 il iş təcrübəsi;
  • Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərini bilmək;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı.

Biz təklif edirik:

  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və təlim imkanları;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən edilir).

Maraqlanan namizədlər CV-lərini "Tibbi Satınalma üzrə Mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tibbi Satınalma üzrə Mütəxəssis
Müraciət et