Müəssisə ərazisində SƏTƏM risklərini qiymətləndirmək və təhlükəsizlik yoxlamalarını aparmaq.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Restoranlarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- İş yerlərində mövcud riskləri müəyyənləşdirmək və risklərin azaldılması üzrə tədbirlər görmək;
- Əməkdaşlar üçün SƏTƏM üzrə giriş və dövri təlimatların keçirilməsini təşkil etmək;
- Təhlükəsizlik qaydaları və prosedurlarının əməkdaşlara düzgün şəkildə çatdırılmasını təmin etmək;
- Restoranlarda mütəmadi SƏTƏM yoxlamaları aparmaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını izləmək;
- Fövqəladə hallar, yanğın təhlükəsizliyi və təxliyə prosedurlarına riayət olunmasına nəzarət etmək;
- Baş vermiş insident və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və qabaqlayıcı tədbirlər təklif etmək;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
- SƏTƏM üzrə hesabat və müvafiq sənədləşməni aparmaq;
- Şirkətin SƏTƏM siyasət və prosedurlarının restoranlarda tətbiqinə nəzarət etmək.
Əsas tələblər ehtiyac olunan bilik və bacarıqlar:
- SƏTƏM / əməyin mühafizəsi üzrə nəzəri və texniki biliklər;
- SƏTƏM üzrə sənədləşmə və hesabatlarla işləmək bacarığı;
- MC Office Proqramları;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Analitik düşünmə qabiliyyəti;
- Avtomobilin olması üstünlükdür
Tələb olunan təhsil, iş təcrübəsi :
- Təhsil: Ali bakalavr (Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə məzun olanlar üstünlükdür)
- İş təcrübəsi: SƏTƏM sahəsi üzrə 1 ilədək iş təcrübəsi;
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00–18:00;
- Şəxsi avtomobili olan əməkdaşa yanacaq və amortizasiya xərcləri ödənilir;
- Karyera və inkişaf imkanları.
- İş yeri: Bakı, Əhməd Rəcəbli küç.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Azərbaycan
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Son tarix
27 sentyabr 2026
Şirkət haqqında
Avrora
Topdansatış və distribusiya, Topdansatış və pərakəndə ticarət · Baku
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Avrora — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1 000₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti sahəsində təhlükəsizlik qaydalarına nəzarət edir, SƏTƏM/HSE sahəsində 3 il iş təcrübəsi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyibSon gün
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
Müraciət etAsan müraciətAsan müraciət




